Divan — əsasən oturmaq üçün nəzərdə tutulmuş arxası və qoltuqaltıları eyni hündürlükdə olan taxtdır.

"Divan" sözü XVI əsrdən fars dilində mütəmadi deyilməyə başlayıb. Türk və ərəb dilində əvvəlcə "yazılı vərəq kağızı" və "siyahi" mənalarında işlənmişdir. Sonra bu sözləri hesabat kitablarında, dəftərxanalarda, daha sonralar oturmaq üçün yumşaq mebelləri adlandırdılar.
Tarix
Əvvəlcə divan Şərqdə (Osmanlı imperiyası) ənənəvi mebel idi. Aşağı oturma mövqeyi, kiçik arxa və çoxsaylı yastıqlar ilə xarakterizə olunurdu. Həmin dövrdə divan dəridən, nəfis xalçalardan və ipəkdən üzlənmişdi.
Avropada divan 17-ci və 18-ci əsrlərdə tanındı və adətən aristokratik yaşayış otaqlarında yerləşdirilirdi və gündüz oturmaq üçün nəzərdə tutulmuşdu. Lakin getdikcə ondan yatmaq üçün də istifadə olunmağa başladı. Divanın karkası qiymətli ağac nümunələrindən, üzlük hissəsi ipəkdən və ya dəridən hazırlanırdı, çıxarıla bilən yastıqları daha möhkəm olması üçün qoyun yunu ya at tükü ilə doldurulurdu.
Müasir istehsalçılar mebelin texniki və estetik xüsusiyyətlərini sınaqdan keçirir, yeni dizaynlar yaradırlar.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Divan haqqında məlumat. Divan nədir? Divan nə deməkdir?