İtum-Kali rayonu (çeç. Итон-Кхаьллан кӏошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi İtum-Kali kəndidir.
| İtum-Kali rayonu | |
|---|---|
| Итон-Кхаьллан кӏошт | |
| |
| 42°44′06″ şm. e. 45°34′37″ ş. u.HGYO | |
| Ölkə | |
| İnzibati mərkəz | İtum-Kali |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 1923 |
| Sahəsi |
|
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | 87164 |
| Rəsmi sayt | |
![]() | |
![]() | |
Coğrafiya
İtum-Kali rayonu Çeçenistanın cənub-qərb hissəsindəki dağlıq zonada yerləşir. Qalançoj rayonu təşkil edildikdən sonra sahəsi 1276.9 km² olmuşdur. Ərazi qərbdən şərqə doğru 60 km, şimaldan cənuba isə 40 km məsafədə uzanır. Rayon şimalda respublikanın Şatoy və Açxoy-Martan rayonları ilə həmsərhəddir. Şərqdə - Şaroy rayonu, qərbdə - İnquşetiya Respublikası və cənubda - Gürcüstanla sərhədə sahibdir.
Rayonun inzibati sərhədi Xaxaltı dağından Yaperlan silsiləsi ilə Yasenkord dağı, Martan çayının mənbəyinə, sonradan isə Qumartairkort silsiləsi Çinxoy-Lam dağı, Vyarda-Exk yatağı ilə, İnzaexk mənbəyinə qədər. Bundan əlavə sərhəd Dayxox dağı ilə, Canjare keçidi və Çerxunışkort dağları və Şaroy-Arqun yatağı boyunca uzanır. Sərhəd Tuşeti və Mutsoy silsilələri boyu dəniz səviyyəsindən 3552 m hündürlükdə davam edir və Rusiya Federasiyasının Gürcüstanla dövlət sərhədi ilə üst-üstə düşür. Sonra Vejlan silsiləsi boyunca dəniz səviyyəsindən 4007 m yüksəklikyə çatır. Hündürlüyü 4493 m olan Tebulomsta dağı rayon ərazisində yerləşir. Zirvə nəyinki Çeçenistanın həmçinin Şərqi Qafqazın ən hündür zirvəsidir.
Tarix
İtum-Kalin rayonu 1923-cü ildə təşkil edilmişdir.
1944-cü ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə İtum-Kalin rayonu ləğv edildi və ərazisi Axalçevski rayonuna daxil olaraq Gürcüstan SSR-ə birləşdirildi. 1957-ci ildə Çeçeno-İnguş Muxtar Sovet Sosialist Respublikası yenidən bərpa edilir. Onun ərazisi özünə qaytarılır. İtum-Kali rayonunun ərazisində Sovetski rayonu təşkil edilir. 1990-cı ildə 1944-cü il sərhədləri daxilində rayon ərazisi bərpa edilir və əvvəlki adı özünə qaytarılır.
Əhali
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:
| Xalq | Say, nəf. | Ümumi əhaliyə olan nisbəti, % |
|---|---|---|
| çeçenlər | 5 080 | 92,65 % |
| ruslar | 123 | 2,24 % |
| avarlar | 81 | 1,48 % |
| digərləri | 172 | 3,14 % |
| bildirməyənlər | 27 | 0,49 % |
| ümumi | 5 483 | 100,00 % |
Yaşayış məntəqələri
İtum-Kali rayonu ərazisinə ümumilikdə 31 yaşayış məntəqəsi daxildir. Rayon ərazisində ümumilikdə 13 inzibati ərazi vahidliyi vardır. Burada olan yaşayış məntəqələrinin hamısı kəndlərdir.
Qalalar
Dyora, Soy-Peda, Puoq.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İtum-Kali rayonu haqqında məlumat. İtum-Kali rayonu nədir? İtum-Kali rayonu nə deməkdir?
