Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Coko Vidodo (d.  21 iyun 1961-ci il) — İndoneziyanın 7-ci və hazırkı prezidentidir. Cokovi adı ilə də tanınır. O, bu vəzifədə xidmətinə 2014-cü ildən etibarən b

Coko Vidodo

  • Ana Səhifə
  • Vikipediya
  • Coko Vidodo

Coko Vidodo (d.  21 iyun 1961-ci il) — İndoneziyanın 7-ci və hazırkı prezidentidir. Cokovi adı ilə də tanınır. O, bu vəzifədə xidmətinə 2014-cü ildən etibarən başlamışdır. O, bundan əvvəl 2005-ci ildən 2012-ci ilə qədər Surakarta şəhərinin meri, 2012-ci ildən 2014-cü ilə qədər isə Cakarta şəhərinin qubernatoru vəzifəsində xidmət etmişdir. Yüksək səviyyədə siyasi və ya hərbi xidmət keçmişi olmayan ilk İndoneziya prezidentidir.

Coko Vidodo
Joko Widodo
Coko Vidodonun rəsmi portreti. 2019-cu il.
Coko Vidodonun rəsmi portreti. 2019-cu il.
İndoneziya prezidenti
20 oktyabr 2014 – 20 oktyabr 2024
ƏvvəlkiSusilo Bambanq Yudhoyono
SonrakıPrabovo Subianto
Şəxsi məlumatlar
Doğum adı Mulyono
Doğum tarixi 21 iyun 1961 (64 yaş)
Doğum yeri İndoneziya Surakarta
Milliyyəti İndoneziya İndoneziya
Partiya İndoneziya Demokratik Mübarizə Partiyası
Fəaliyyəti siyasətçi, sahibkar, mühəndis
Həyat yoldaşı İriana Coko Vidodo (e.1986)
Uşaqları Qibran Rakabuminq Raka
Kahiyanq Ayu
Kaesanq Panqarep
Dini İslam

Təltifləri Knight Grand Cordon with Collar of the Order of Palestine — 2024 Star of the Republic of Indonesia, First class Bintang Sakti "Serafimlər" ordeni — 2017 Order of Timor-Leste — 2016 "Kral Əbdüləziz" ordeni — 2015 Family Order of Laila Utama — 2015 "Zeyd" ordeni
İmzanın şəkli
presidenri.go.id
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Fəaliyyəti

Cokovi 2012-ci ildə Cakarta qubernator seçkilərində öz partiyası olan İndoneziya Demokratik Mübarizə Partiyası tərəfindən namizəd olaraq təqdim olunmuşdur. 20 sentyabr 2012-ci il tarixində seçkilərin ikinci hissəsində əsas rəqibi olan Fauzi Bovonu məğlub edərək qubernator təyin olunmuşdur. Qubernatorluğu dövründə öz xarakteri ilə seçilmiş, yüksək səviyyəli ictimai səfərləri ilə bütün ölkədə nüfuzunu artırmışdır.

14 mart 2014-cü il tarixində prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan etmişdir. Prezident seçkiləri 9 iyul 2014-cü ildə başlamışdır. Ümumi Seçki Komissiyası tərəfindən açıqlanan seçki nəticələrinə əsasən, səslərin 53.1%-ni toplayan Coko Vidodo rəsmi şəkildə ölkənin 7-ci prezidenti elan olunmuşdur.

Prezident kimi əsas fəaliyyət istiqaməti ölkənin infrastrukturunun inkişafına yönəlmişdir. Yanacaq subsidiyalarının azaldılması və vergi amnistisiyası barədə qərar qəbul etmişdir. Xarici dövlətlərlə əlaqələrdə onun başçılıq etdiyi hökumətin əsas məqsədi İndoneziyanın suverenliyini müdafiə etmək olmuşdur. O, prezidentliyi dövründə qeyri-qanuni balıq ovu ilə məşğul olan gəmilərin batırılması və xarici tənqidlərə baxmayaraq, narkotik qaçaqmalçıları üçün ölüm cəzası təyin etmişdir.

Şəxsi həyatı

The Economist jurnalının verdiyi məlumata görə, Cokovi "yüksək səsli rok musiqilərini" dinləməyi sevir və onun amerikan Metallica qrupunun üzvü Robert Truxilo tərəfindən imzalanmış gitarası var.

O, 2 noyabr 2013-cü ildə hələ Cakarta şəhərinin qubernatoru olarkən rok musiqisi festivalında görünmüşdür. Bu, ilk belə hadisə deyildi. Belə ki, Cokovi ilk dəfə 2011-ci ildə təşkil olunmuş musiqi festivalında da görüntülənmişdi.

O, bir çox xüsusiyyətlərinə görə tez-tez keçmiş ABŞ prezidenti Barak Obama ilə müqayisə olunur.

Cokovi aktiv sosial media istifadəçisi olaraq tanınır və tez-tez özünün YouTube hesabına videolar yükləyir. Onun Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudla naharı zamanı paylaşdığı video iki milyondan çox şəxs tərəfindən izlənmişdir.

Həmçinin bax

  • İndoneziya
  • Cakarta

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Coko Vidodo haqqında məlumat. Coko Vidodo nədir? Coko Vidodo nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Londonun gözü

  • Fevral 27, 2026

    Şeffild Universiteti

  • Fevral 27, 2026

    Ardenlər (departament)

  • Fevral 27, 2026

    Zəngəzur

  • Fevral 27, 2026

    CGI

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst