Əlizadə Zərdüşt Məmməd Mübariz oğlu (2 fevral 1946, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, publisit, Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu və ilk sədri.
| Zərdüşt Əlizadə | |
|---|---|
| |
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri | |
| 1995 – 2001 | |
| Həmsədr | Araz Əlizadə |
| Əvvəlki | vəzifə təsis edildi |
| Sonrakı | Ayaz Mütəllibov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 2 fevral 1946 (80 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, jurnalist, şərqşünas, analitik[d] |
| Atası | Məmməd Mübariz Əlizadə |
Həyatı
Zərdüşt Əlizadə 2 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. O, ata tərəfindən əslən İranın Xamnə şəhərindəndir. Əlizadənin ana tərəfi İçərişəhərin zadəgan nəslindəndir. 1964-cü ildə 132 №li orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib.
1969–1971-ci illərdə Misirdə hərbi mütərcim, 1973–1976-cı illərdə Cənubi Yəməndə mütərcim işləmişdir.
1971-ci ildən 1990-cı ilə kimi Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi olmuşdur.
Filologiya elmləri namizədidir.
Siyasi fəaliyyəti
1969–1990-cı illərdə Sov.İKP üzvü olmuşdur. 1988–1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsi üzvü olmuş, 1990-cı ilin yanvar ayının 7-sində istefa vermiş, 1990–2000-ci illərdə Azərbaycan Sosial Demokrat Partiyasının fəallarından olmuşdur.
İki kitab, yüzlərlə məqalə müəllifidir.
Şəxsi həyatı
Niyal xanımla evlidir, iki oğlu var.
Məmməd Mübariz Əlizadənin oğlu, Nüşabə Əlizadənin və Araz Əlizadənin qardaşıdır.
Əsərləri
- Ağayev, Rasim; Əlizadə, Zərdüşt. Конец второй республики (rus). Moskva: Граница. 2006. ISBN 5-94691-207-0.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zərdüşt Əlizadə haqqında məlumat. Zərdüşt Əlizadə nədir? Zərdüşt Əlizadə nə deməkdir?
