Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çərəktar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəktar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci

Çərəktar

  • Ana Səhifə
  • Vikipediya
  • Çərəktar

Çərəktar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəktar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çərəktar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çərəktar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

Çərəktar
40°08′39″ şm. e. 46°20′56″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdərə rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 159 nəf. (2005)
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 32
Xəritəni göstər/gizlə
Çərəktar xəritədə
Çərəktar
Çərəktar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Toponimikası

Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş.

Tarixi

Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin mart ayında kənd uğrunda gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 helikopter və 1 tank məhv edilib. Kəlbəcərin işğalı zamanı Çərəktar kəndi də Ermənistan ordusu tərəfindən işğal edildi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd Rusiya sülhməramlılarının nəzarəti altına keçmişdi. 20.09.2023-cü ildə keçirilən lokal antiterror əməliyyatı nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Yaylaqları

Buzluq yurdu, Əvəlikli yurd, Daşarası yurdu, Həmzəçimən yurd, Kərəmli dağı yurdu, Qalayçı yurd, Şaban yurdu, Ağbulaq yaylağı, Şikarın yurdu.

Bulaqları

Tərtər çayı Çərəktar kəndi ərazisində

Qəndi bulağı, Göy talanın bulağı, Novlu bulaq, Sarı bulaq, Şırşır bulaq, Aynanın bulağı, Zimzim bulağı, Turş su, Armudlu bulağı, Xeyrənsə bulağı, Civəli bulağı, Çərəktar bulağı.

Məşhur yerləri

Məhəl təpəsi, Göydağ, Talalar, Kolavat, Qaraqaya, Alçalı boynu, Gəvrişli dərə, Arpaçəpəri, Çınqıllıtəpə, Kilsəli, Dağın qılıncı, Atapəyəsi, Arıq Alının pəyə yeri, Uzuntala, Almalı, Həsən bəyin qozlusu, Qurumdərə, Keş kəndi, Güvəli, Xırmanlar, Edilxan yurdu, Hovuzun dərəsi, Ələsvurulan, Ağavurulan, Əvəzin qəbri, Maralyalayan daş, Təkəyatan qaya, Kollucəvə, Fıstıqlı gərdən, Armudluq, Xanpərinin yeri, Astanın yeri, Bağyeri, Heyvalı, Küptalası, Ayıvurulan, Taplar, Göyqum, Qozluq yeri.

Binələri və qışlaqları

Seyidin binəsi, Xurşudlu binəsi, Məmməd bəyin binəsi, Alı bəyin binəsi, Həsən bəyin binəsi, Uzuntala binəsi, Kollucəvə binəsi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çərəktar haqqında məlumat. Çərəktar nədir? Çərəktar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cəmil Həsənli

  • Fevral 23, 2026

    Ceyms Kuk

  • Fevral 27, 2026

    Bəylər Məmmədov

  • Mart 01, 2026

    Meridiungulata

  • Fevral 27, 2026

    Origen

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst