Dəmirçilər nekropolu — Şərur rayonunun Dəmirçi kəndindən şimalda, dağ silsiləsinin düzənliyə yenən yamacında yerləşir. Nekropol tamamilə dağıdıldığından qəbir tiplərini müəyyən etmək mümkün olmamışdır. Tədqiqatçıların məlumatına görə, Dəmirçi nekropolundakı qəbirlər daş qutu tipli olmuşdur. Dağıdılmış qəbir abidələrindən çəhrayı və boz rəngdə bişirilmiş gil qablar aşkar olunmuşdur. Kasa tipli qabların ağzının kənarında deşikli qulaqcıqşəkilli çıxıntıları vardır. Gil qabların üzəri dalğalı xətlər və sünbülşəkilli basma ornamentlə naxışlanmışdır. Bu tip keramika məmulatı Erkən Dəmir dövrü üçün xarakterikdir. 2007-ci ildə aparılan araşdırmalar zamanı nekropolda kurqan tipli abidələr də aşkar edilmişdir. Nekropolu е.ə. II–I minilliklərə aid etmək olar.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dəmirçilər nekropolu haqqında məlumat. Dəmirçilər nekropolu nədir? Dəmirçilər nekropolu nə deməkdir?