Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhəllənin adı bəzi mənbələrə görə İmamzadəyə gedən yolun buradan keçdiyinə görə belə adlandırılmışdır. Digər mənbələrə görə isə bu əraziyə Şah Abbas tərəfindən

İmamlı məhəlləsi

  • Ana Səhifə
  • Vikipediya
  • İmamlı məhəlləsi

İmamlı və ya İnamlı məhəlləsi — Gəncədə yerləşən qədim məhəllələrdən biri.

Mündəricat

Haqqında

Məhəllənin adı bəzi mənbələrə görə İmamzadəyə gedən yolun buradan keçdiyinə görə belə adlandırılmışdır. Digər mənbələrə görə isə bu əraziyə Şah Abbas tərəfindən Əfşar tayfalarından olan İmanlılar yerləşdirildikləri üçün məhəllə belə adlanıb. Eyni adlı məhəllələrə Azərbaycanın Şamaxı və Bərdə şəhərlərində də rast gəlinir. İmamlı məhəlləsi şimaldan Molla Cəlilli (1905-ci ildən sonra), şərqdən Mürsəl ocağı qəbiristanlığı, cənubdan Əttarlar, qərbdən Şah Abbas meydanı və Dördyol məhəllələri ilə əhatələnmişdi. İmamlı məhəlləsinin sakinləri ticarət, sənətkarlıq (əsasən boyaqçılıq, şərbafçılıq, dulusçuluq) və xırda xidmət sahələrində (pirkeşiklik, odabaşılıq, arabaçılıq və s.) çalışırdılar. 1804-cü ilin mayında burada 39 ev, 226 nəfər (109 kişi+117 qadın) əhali qalmışdı. XX əsrin əvvəllərində isə İmamlıdakı ailələrin sayı 980-ə çatmışdı. İmamlı məscidi məhəllənin sayılan nəsillərindən birinin başçısı Hacı Saatlının vəsaiti hesabına tikildiyindən «Hacısaatlı məscidi» kimi də tanınırdı. Məhəllənin üzüm bağları əsasən Gəncəçayın sol sahili boyunca salınmışdı. Onların suvarılması və İmamlının su təchizatı Karxana arxının və Seyid kəhrizinin hesabına həyata keçirilirdi. Burada Hacı saatlı hamamı, Xeyrənnisə hamamı, Xas hamamı və İmamlı məscidi yerləşib.

Məşhur şəxsləri

  • Seyid Həsən Seyidzadə
  • Məmməd Ağpolad
  • Ələkbər Tağıyev
  • Ələddin Sultanov

Həmçinin bax

  • Ozan məhəlləsi
  • Dördyol məhəlləsi
  • Əttarlar məhəlləsi
  • Şahsevənlər məhəlləsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İmamlı məhəlləsi haqqında məlumat. İmamlı məhəlləsi nədir? İmamlı məhəlləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Puatu-Şaranta

  • Fevral 25, 2026

    Verilənlər bazası

  • Fevral 28, 2026

    Qriqori Balyan

  • Fevral 27, 2026

    Kuvşinovo

  • Fevral 27, 2026

    Klaus Mann

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst