Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məhərrəmkənd kəndi (ləzg. Мегьарамдхуьр) Dağıstan Respublikasında Məhərrəmkənd rayonunda yerləşən kənd. Kənd Məhərrəmkənd rayonunun inzibati mərkəzi və Məhərrəm

Məhərrəmkənd

  • Ana Səhifə
  • Vikipediya
  • Məhərrəmkənd

Məhərrəmkənd kəndi (ləzg. Мегьарамдхуьр) Dağıstan Respublikasında Məhərrəmkənd rayonunda yerləşən kənd. Kənd Məhərrəmkənd rayonunun inzibati mərkəzi və Məhərrəmkənd kənd sovetinin yaşayış məntəqəsidir. Məhərrəmkənd adını ilk məskunlaşan və Quba əyalətindən olan, burada bir daxmada yaşayan Məhərrəmdən almışdır.

Kənd
Məhərrəmkənd
41°36′57″ şm. e. 48°20′55″ ş. u.HGYO
Ölkə
  •  Rusiya
Federativ subyekt Dağıstan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1801
Mərkəzin hündürlüyü 377 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 5.756 nəf. (2021)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368780
Xəritəni göstər/gizlə
Məhərrəmkənd xəritədə
Məhərrəmkənd
Məhərrəmkənd
Məhərrəmkənd xəritədə
Məhərrəmkənd
Məhərrəmkənd

Mündəricat

Coğrafiya

Məhərrəmkənd Dağıstanın cənubunda, Mahaçqaladan 180 km məsafədə yerləşir. Kəndin cənubunda Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədi yerləşir. Keppenin iqlimlər təsnifatına görə Məhərrəmkənd subtropikə yaxın iqlimə malikdir, mülayim qışı və isti, quraq yayı ilə səciyyələnir.

Tarixi

Kənd XIX əsrin əvvəllərində yaranmışdır. Məhərrəmkəndin yaranması ilə bağlı əsas versiyalardan birinə görə, kənd 1801-ci ildə Şeyxəli xanın sərkərdə Məhərrəmə xidmətlərinə görə bağışladığı torpaqlarda salınıb və nəticədə kənd onun adı ilə adlanmağa başlayıb.

Quba üsyanının iştirakçısı Kürə üsyançı dəstəsinin başında olmuş Mahmud-əfəndi Məhərrəmkəndli idi. O dövrdə Məhərrəmkənd Kürə xanlığı ilə Quba əyaləti arasında əlaqəsi olmayan bir orta mövqe tuturdu. 1866–1928-ci illərdə Məhərrəmkənd Güney əyalətinin bir hissəsi olaraq Kürə dairəsinə daxil edildi. Kuysun və Tahirkənd kəndləri ilə birlikdə Məhərrəmkənd Kənd Cəmiyyəti yaradıldı. 1886-cı ildə Məhərrəmkənddə 369 nəfər yaşayırdı . 1936-cı ildə 1 nömrəli Məhərrəmkənd orta məktəbi, 1964-cü ildə isə 2 nömrəli Məhərrəmkənd orta məktəbi təsis edildi. 1965-ci ildə Kansavkənt, Bill-Bill və Qazer kəndlərinin sakinləri Məhərrəmkəndə köçdülər. Ən çox köçmə Selegün kəndindən olmuşdu.

Əhali

2002-ci ildə aparılmış siyahıya almaya əsasən rayonun 58.694 nəfər əhali yaşayır ki bunun da 6.266 nəfəri Məhərrəmkənd kəndində məskunlaşmışdır. Kənd əhalisinin əksəriyyətini ləzgilər təşkil edir.

Yerli məşhurlar

Arsen Allahverdiyev – Sovet sərbəst güləşçisi, üçqat Avropa çempionu, SSRİ çempionatlarının dəfələrlə mükafatçısı, SSRİ-nin əməkdar idman ustası (1973). Dağıstan MSSR-nin əməkdar mədəniyyət işçisi (1972).
Eldar İsmayılov – radiasiya biofizikası sahəsində beynəlxalq səviyyədə tanınmış bir mütəxəssisdir.
Alman Əhmədov – rus dilçisi və metodisti, milli məktəbdə və РКИ-də rus dilinin tədrisi metodikası, intonasiya, rus dilinin tədrisi sahəsində mütəxəssis, filologiya elmləri doktoru.
Najmudin Kazıyev - Rusiya Federasiyasının əməkdar metallurqu, 2-ci dərəcəli Vətənə xidmətə görə medalı laureatı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məhərrəmkənd haqqında məlumat. Məhərrəmkənd nədir? Məhərrəmkənd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Nikolay

  • Fevral 23, 2026

    13 avqust

  • Fevral 24, 2026

    Ekologiya

  • Fevral 25, 2026

    Qırğızlar

  • Fevral 23, 2026

    Səhabə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst