Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Setan ədədi — dizel yanacağının alışma xaraktersitikası olub işçi qarışığın yanmasının gecikmə müddətini (yanacağın silindrə püskürdüldüyü andan onun yanmağa ba

Setan ədədi

  • Ana Səhifə
  • Vikipediya
  • Setan ədədi

Setan ədədi — dizel yanacağının alışma xaraktersitikası olub işçi qarışığın yanmasının gecikmə müddətini (yanacağın silindrə püskürdüldüyü andan onun yanmağa başlamasına qədər olan müddət) təyin edir. Setan ədədi yüksək olduqca gecikmə bir o qədər kiçik olur və yanacaq qarışığı bir o qədər sakit və yumşaq yanır.

Mündəricat

Setan ədədi

Setan ədədi setanın (С16Н34, heksadekanın setan ədədi 100 qəbul olunur), α-metilnaftalinlə (setan ədədi 0-dır) qarışıqda (həcminə görə%) həcminə bərabərdir, bu halda bu qarışığın alışmasının gecikmə müddəti həmin şəraitdə sınaqdan keçirilən yanacağın bu göstəricisi ilə eyni olur. 1941-ci ilin ASTM D613 üsuluna görə setan ədədi belə formulə olunurdu.

1962-ci ildən başlayaraq ASTM D613-ə görə qarışıq üçün, α-metilnaftalin əvəzinə 2,2,4,4,6,8,8-heptametilnonan və ya izosetan (setan ədədi 15) istifadə olunur. α-metilnaftalinən imtina olunmasının bir neçə səbəbi var: o asanlıqla peroksid əmələ gətirir, bu da setan ədədinə təsir edir. Onun pis qoxusu var və onu təmiz halda almaq çox çətindir.

Setan ədədi 45–55 olan dizel yanacaqları müasir dizel yanacaqlarının optimal işini təmin edir. Setan ədədi 40-dan aşağı olduqda yanmanın gecikməsi (yanacağın püskürdülməsinin başlanğıcı ilə onun alışması arasında olan müddət) və yanma kamerasında təzyiqin sürəti kəskin artır və mühərriyin yeyilməsi də artır. Standart yanacaq 48–51 setan ədədi ilə xarakterizə olunur və yüksək keyfiyyətli yanacağın (premium) setan ədədi 51–55-dir. Rusiya standartlara görə, yay və qış dizel yanacağının setan ədədi 48-dən az olmamalıdır. Bundan başqa, tərkibində depressor aşqarları olan qış növləri üçün texniki şərtlər setan ədədi ən azı 40 olan Arktik yanacağın istehsalına imkan verir.

Premium dizel yanacağı daha yüngül olub tərkibində daha çox yüngül fraksiyalar saxlayır və ona görə də soyuq havada mühərriyi işə salmaq üçün daha münasibdir. Bundan əlavə, yüngül fraksiyalarda hidrogenin karbona nisbəti daha yüksəkdir, belə dizel yanacağı yananda daha az tüstü verir.

Setan ədədi 60-dan çox olduqda yanacağın yanma səmərəliliyi azalır, işlənmiş qazların tüstülüyü artır, yanacaq məsrəfi də artır.

Setan ədədi yanacağın qrup tərkibindən(parafinlər, olefinlər, naftenlər, aromatik birləşmələr) asılıdır. Aşağı temperaturda öz-özündən alışma qabiliyyəti olan parafinlər dizel yanacağının faydalı komponentidir. Şaxələnməmiş alifatik karbohidrogenlər aşağı temperatur və təzyiqdə alışır, daha möhkəm molekullar — məsələn, aromatik karbohidrogenlər alışma üçün daha sərt şəraitin olmasını tələb edir.

Setan ədədinin təyin edilməsi

Setan ədədinin birbaşa təyinin üsulları (alışmanın gecikməsinə görə)

Alışmanın gecikməsinin birbaşa təyini üçün bir neçə qeyri-motor üsulları mövcuddur. Bu halda dəyişən sıxılma dərəcəsi olan təksilindrli mühərrikdən deyil, sabit həcmli kameradan istifadə olunur. 2009-cu ildən EN590 və uyğun Rusiya ГОСТ Р 52368–2005-na alışmanın gecikməsi üsulu EN 15195 (ГОСТ Р ЕН 15195–2011) daxil edilmişdir. Bu üsul dəqiqliyin yaxşılaşdırldığı və sınağın 20 dəqiqəyədək qısaldıldığı halda motor üsulu ilə yaxşı uyğunluq göstərir.

Setan ədədinin qeyri-motor üsulu ilə ölçülməsinin əsas problemi dizel yanacağının tərkibinin güclü təsiridir. Cihazlar ГОСТ üzrə mürəkkəb tərkibli yanacaqların — məsələn, biodizelin setan ədədini düzgün təyin edir. Bu onunla əlaqədardır ki, yanacağın müxtəlif komponentləri müxtəlif sürətlə alışır, yəni, yanma kamerasında şəraiti bir neçə zaman nöqtəsində müəyyənləşdirmək ehtiyacı yaranır.

2014-cü ilin martında ASTM D7668 yeni standartı yaradılmış, 2015-ci ildə üsul EN 16715 adı ilə qəbul olunmuşdur.

Setan ədədinin dolayı yolla təyinin üsulları

Setan ədədinin dolayı yolla təyini üsulları, əsasən, komponent tərkibin analizinə əsaslanır. Bu, əsasən, müxtəli İQ spektrometrlərdir. İnfraqırmızı ekspres-analizatorlar dizel yanacağının tərkibi dəyişdirildikdə (məsələn, onun biodizellə qarışdırıldığı halda) yenidən tənzimlənməlidir. Bundan əlavə onlar tərkibinə setan ədədini yaxşılaşdıran əlavələr olan dizel yanacağı ilə işləyə bilmir.

Həmçinin bax

  • Oktan ədədi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Setan ədədi haqqında məlumat. Setan ədədi nədir? Setan ədədi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qaraqoyunlu tayfaları

  • Fevral 25, 2026

    Goguryeo krallığı

  • Fevral 27, 2026

    Ağız qopuzu

  • Fevral 27, 2026

    Arnold Zommerfeld

  • Mart 01, 2026

    1864-cü il

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst