Ensi — Qədim Mesopotamiyada e.ə. 27–26-cı əsrlərdə şəhər-dövlətdə hakim rütbəsi.

Kahinlik və inzibati səlahiyyətləri var idi. E.ə. XXI əsrdə hökmdar tərəfindən təyin olunan mahal rəisləri Ensi adlanırdı. E.ə. 2-ci minillikdə istehsal vasitələri üzərində mülkiyyətdən məhrum edilən, yarımqul vəziyyətinə düşən, hökmdar və məbəd təsərrüfatlarında işləyən əkinçi-yardarlara da Ensi deyilirdi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ensi haqqında məlumat. Ensi nədir? Ensi nə deməkdir?