Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Divanyolu — Osmanlı İmperiyasında istifadə edilən protokol yolu. Osmanlı sarayında toplanan Divanı Hümayuna gələn və gedən vəzirlər, elçilər, əsgərlər və digər

Divanyolu

  • Ana Səhifə
  • Vikipediya
  • Divanyolu

Divanyolu — Osmanlı İmperiyasında istifadə edilən protokol yolu. Osmanlı sarayında toplanan Divanı Hümayuna gələn və gedən vəzirlər, elçilər, əsgərlər və digər idarəçilər buradan keçdiyi üçün "Divanyolu" deyilmişdir. Roma İmperatoru I Konstantin zamanında inşa edilərək İstanbulun əsas yolu olmuşdur.

Tarixi

Bütün tarix boyunca İstanbulun əsasını təşkil edən anayol, bu marşrut üzərində yerləşir. Antik dövrdə Trakyadan Bizantiuma gələn yolun, yəni Via Egnatianın şəhər içində qalan hissəsini təşkil edən bu prospekt, Roma və Bizans dövründə Mese, Osmanlı dövründə isə Divanyolu adlandırılmışdır. Tarixi yarımadanın tam ortasından keçir və şəhər sanki onun ətrafında şəkillənir. Antik dövrdə bu yol Ayasofya yaxınlığındakı Milion meydanınından başlayıb, Çemberlidaşın olduğu Constantinus Forumundan (Foros) keçərək Taurin Forumunda yəni günümüzün Bəyazid meydanına çatır. Osmanlı dövründə bu prospektə Divanyolu deyilməsinin səbəbi isə, Topqapı sarayında xüsusilə Fateh Sultan Mehmet dövründə hər gün keçirilən Divanı Hümayun (Padşahın və vəzirlərin qatıldığı günümüzün nazirlər heyəti konfransı olaraq xarakterik yığıncaq) sonrası vəzirlərin arabaları ilə bu yolu istifadə edərək Fatih və Ağsaraydakı iqamətgahlarına getməsidir. Bu yolu indiki vaxtda Yeniçərilər prospekti ilə Divanyolu prospekti meydana gətirir. 1957–1958-ci illər arasında dövrün hökuməti, Ordu küçəsini, Yeniçərilər küçəsini və Divanyolu küçəsinin genişləndirilməsinə qərar verir. Prospektin genişlənmə işləri əsnasında bir çox əsər məhv edilir, bəzilərinin yerləri dəyişdirilir, bəzi əsərlər də ortadan qaldırılır. Məsələn Çorlulu Ali Paşa, Merzifonlu və Atik Əli Paşa külliyələrinin bir çox hissəsini bu işlər əsnasında sökürlər. Sözün tam mənasıyla bir tarix məhv edilir. Bu prospektlər indiki vaxtda vasitə trafikinə bağlı və üzərində prospekt tramvayı işləyir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Divanyolu haqqında məlumat. Divanyolu nədir? Divanyolu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Mişel Platini

  • Fevral 25, 2026

    Komor adaları

  • Fevral 27, 2026

    Antimüharibə hərəkatı

  • Fevral 27, 2026

    Vəz

  • Fevral 27, 2026

    Frankenşteyn

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst