Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Göyçay" su-elektrik stansiyası Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 noyabr tarixli Sərəncamına əsasən inşa olunmuşdur. SES-in təməli 2010-cu ili

Göyçay SES

  • Ana Səhifə
  • Vikipediya
  • Göyçay SES

"Göyçay" SES — Göyçay rayonunda yerləşən kiçik su elektrik stansiyası.

Göyçay SES
"Göyçay" Su Elektrik Stansiyası
Ümumi məlumatlar
Çay Göyçay
Sahibi Azərenerji ASC
Status İşlək
Tikilmə tarixi 2010
İstismara verilib 2015
İstismarçı Azərenerji ASC
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 3.1 MVt
Avadanlıq xüsusiyyətləri
Turbin tipi Hidroaqreqat
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Göyçay
Yer Cənubi Qafqaz

Tarixi

"Göyçay" su-elektrik stansiyası Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 noyabr tarixli Sərəncamına əsasən inşa olunmuşdur. SES-in təməli 2010-cu ilin fevralında ölkə Prezidenti tərəfindən qoyulmuşdur.

Ölkə Prezidenti İlham Əliyev 6 oktyabr 2015-ci ildə "Göyçay" SES-in açılışında iştirak etmişdir.

Texniki göstəriciləri

"Göyçay" SES kiçik su-elektrik stansiyasıdır və gücü 3,1 meqavatdır.

Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində tikilmiş stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verir. Bu isə Göyçay rayonunun tələbatının 25 faizini təşkil edir.

Stansiyanın ərazisi 5 hektardır, burada geniş yaşıllaşdırma və abadlıq işləri aparılıb, köməkçi tikililər inşa edilmişdir.

Burada hər birinin gücü 1,03 meqavat olan üç hidroaqreqat, suqəbuledici və tutumu 4500 kubmetr olan təzyiq hovuzu, hər birinin uzunluğu 28,4 metr olan üç dəmir-beton təzyiq qurğusu quraşdırılmışdır. Burada, həmçinin turbin zalı və su nəqledici kanal yaradılıb, 10 kilovoltluq yarımstansiya və elektrikverici xətlər çəkilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Göyçay SES haqqında məlumat. Göyçay SES nədir? Göyçay SES nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mərkəzi ostanı

  • Fevral 27, 2026

    Straton (Lampsakuslu)

  • Fevral 26, 2026

    Hanoy

  • Fevral 27, 2026

    II Qotarz

  • Fevral 27, 2026

    Dəmir Hacıyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst