Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kleptokratiya (qədim yunanca κλέπτειν – oğurlamaq və κράτος – hökmranlıq sözündən götürülüb) – “Oğruların hakimiyyəti” deməkdir. Öz şəxsi zənginliyini və siyasi

Kleptokratiya

  • Ana Səhifə
  • Vikipediya
  • Kleptokratiya

Kleptokratiya (qədim yunanca κλέπτειν – oğurlamaq və κράτος – hökmranlıq sözündən götürülüb) – “Oğruların hakimiyyəti” deməkdir. Öz şəxsi zənginliyini və siyasi gücünü artırmaq üçün öz ərazisinin insanları və təbii sərvətlərini istismar etmək səlahiyyətlərini istifadə edən korrupsiyalı liderlərin (kleptokratlar) rəhbərlik etdiyi bir hökumətdir. Tipik olaraq, bu sistem daha geniş əhalinin hesabına pul vəsaitlərinin mənimsənilməsini nəzərdə tutur.

Mündəricat

Xüsusiyyətləri

Kleptokratiya ümumiyyətlə diktaturalar, oliqarxlar və ya xarici nəzarətin qeyri-mümkün olduğu və ya mövcud olmadığı digər avtoritar və nepotist hökumətlərlə əlaqələndirilir. Nəzarətin olmaması kleptokratik vəzifəli şəxslərin həm dövlət fondlarının tədarükü, həm də həmin vəsaitlər üçün ödəniş vasitəsini idarə etməsi bacarığından istifadəsinə gətirib çıxara bilər. Kleptokratik hökümətlər tez-tez ölkənin xəzinəsindən şəxsi rifah mənbəyi kimi istifadə edirlər, əldə edilən gəlirləri lüks həyata xərcləyirlər. Bir çox kleptokratik rəhbərlər gizli şəkildə dövlətdən pul çıxararaq, gizli şəkildə xarici ölkələrdəki bank hesablarına köçürürlar.

Kleptokratiyanın spesifik bir nümunəsi Raubwirtschaft , alman dilində "talan iqtisadiyyatı" və ya "təcavüz iqtisadiyyatı" deməkdir, burada dövlətin bütün iqtisadiyyatı quldurluq, talan və fəth edilmiş ərazilərin talan edilməsinə əsaslanır. Belə dövlətlər qonşuları ilə davamlı müharibədədirlər və ya vergiyə cəlb edilə bilən hər şeyi öz məqsədləri üçün istifadə edirlər. Siyasətdə, iqtisadiyyatda və vətəndaş hüquqlarında belə rejimlərin nəticələri kleptokratların hakimiyyəti altında olan xalqlar üçün olduqca zərərlidir. Kleptokratiya tez-tez xarici investisiyaların cəlb edilməsi perspektivlərini sarsıdır və daxili bazarı və beynəlxalq ticarəti kəskin şəkildə zəiflədir. Kleptokratlar öz vətəndaşlarının pullarını şəxsi ehtiyacları üçün istifadə edir, pulların yuyulması və dövlət vəsaitlərini dəbdəbəyə xərclədikləri halda, kleptokratiyada yaşayan hər bir vətəndaşın həyat keyfiyyəti durmadan aşağı düşür. Kleptokratların oğurladıqları pullar çox vaxt ictimai sərvətlərdən, məsələn, xəstəxanaların, məktəblərin, yolların, parkların tikintisi və s. xərclənməli olan vesaitlərdən silinir. Kleptokratiya nəticəsində yaranan kvazioliqarxiyalar həm də demokratiyaya (və ya onun yerləşdiyi dövlətin hər hansı digər siyasi formatına) xələl gətirir.

Həmçinin bax

  • Transparency International

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kleptokratiya haqqında məlumat. Kleptokratiya nədir? Kleptokratiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 18, 2026

    Norveç dili

  • Fevral 24, 2026

    Cahanşah Həqiqi

  • Fevral 23, 2026

    Kopenhagen

  • Fevral 25, 2026

    Zəkat

  • Fevral 23, 2026

    Cümə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst