Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lee Min-ho, səhnə adı ilə Lee Know (kor. 리노; 25 oktyabr 1998) Cənubi Koreyalı oğlan qrupu Stray Kids-in reperi, rəqqası, vokalistidir. Koreya Musiqi Müəllif Hüq

Li Minho

  • Ana Səhifə
  • Vikipediya
  • Li Minho

Lee Min-ho, səhnə adı ilə Lee Know (kor. 리노; 25 oktyabr 1998) Cənubi Koreyalı oğlan qrupu Stray Kids-in reperi, rəqqası, vokalistidir. Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasına (KOMCA) görə, o 16 mahnının müəllifidir.

Li Minho
Ümumi məlumatlar
Doğum adı 이민호
Ləqəbi 리노
Doğum tarixi 25 oktyabr 1998(1998-10-25) (27 yaş)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, repçi, rəqqas, model[d]
Fəaliyyət illəri 2017-ci ildən
Janr K-pop
Albom şirkəti JYP Entertainment
Üzvlüyü
  • Stray Kids
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Li Minho 25 oktyabr 1998-ci ildə Gimpo, Gyeonggi-do, Cənubi Koreyada anadan olub.İbtidai və orta təhsilini Daegot məktəbində və liseyi Gimpo Jeil Texniki Liseyini bitirmişdir. Orta məktəbdə rəqslə maraqlanan Minho tez-tez rəqs məşqlərini izləyir və rəqs hərəkətlərini təkrarlamağa çalışırdı. O, rəqs akademiyasına başlamış və uzun illər dəstək rəqqası kimi çalışmışdır.

Rəqqas işləyərkən və rəqs yarışmalarında iştirak edərkən Minho JYP Entertainment tərəfindən dinləmələrə dəvət edildi. O, uzun müddət şirkətdən xəbər olmadığı üçün imtahandan keçə bilməyəcəyini düşünüb və rəqqas olaraq həyatına davam edib. Bir neçə ay sonra JYP Entertainment Minho ilə əlaqə saxladı və onu şirkətə qoşulmağa dəvət etdi.O, bütün qrup üzvləri arasında ən qısa stajçı idi. 2017-ci ildə JYP Entertainment yeni oğlan qrupu yaratmaq üçün oyun şousu təşkil etdiyi müsabiqədə iştirak etdi.Əvvəlcə müsabiqəni uduzan Minho daha sonra yarışa yenidən dəvət edildi.O, indiki Stray Kids qrupu ilə müsabiqədə qalib gəldi.25 mart 2018-ci ildə, Minho Stray Kids-in "I am Not" albomunun buraxılması ilə rəsmi debüt etdi.

Minho qrupun rəqs xoreoqrafiyalarına və mahnı yazılmasına töhfə verdi, həmçinin YouTube-da SKZ-RECORD və SKZ-PLAYER-də videolar paylaşdı.

Karyera

Stray Kids üzvü kimi debüt etməzdən əvvəl Minho bir neçə dəfə CUBE Entertainment üçün dinləmələrdə iştirak etdi, sonra NAT GEO People-da göründü.

Minho bir müddət dəstək rəqqas idi və BTS ilə birlikdə "Fire", "Not Today" və "Spring day" kimi müxtəlif tamaşalarda idi.

19 dekabr 2017-ci ildə [[Stray Kids realiti-şousunun 10-cu bölümündə debüt edəcəyi açıqlandı. 25 mart 2018-ci ildə I Am Not albomu ilə debüt etdi.

26 avqust 2018-ci ildə Minho, Hyoncin və Feliks ilə hər bir üzvün öz üslubunu və unikal rəqs xoreoqrafiyasını nümayiş etdirən bir video yayımladı.

3 iyul 2019-cu ildə Minho "DAWN" üçün öz xoreoqrafik videosunu yayımladı.

20 iyul 2020-də Minho Han ilə birlikdə "Ice Americano" mahnısını buraxdı.

24 noyabr 2020-ci il — 4 oktyabr 2021-ci il tarixləri arasında Minho və Sunqmin Day6 -dan Young K-nin aparıcılığı ilə "Day6 Kiss The Radio (DeKiRa)" proqramının daimi qonaqları oldular.

Minho, Hyoncin və Feliks ilə birlikdə 14 sentyabr 2020-ci ildə buraxılmış "IN Life" albomundan "WOW" mahnılarının sözlərini yazdı və öz xoreoqrafiyasını hazırladı.

3 iyul 2021-ci ildə Minho, Ban Çan ilə birlikdə "Drive" üçün musiqi videosunu yayımladı.

14 avqust 2021-ci il tarixindən etibarən Minho NCT musiqi qrupunun üzvü (Jungwoo) Convu və keçmiş IZ*ONE üzvü (Minju) Mincu ilə birgə aparıcılıq edir.

Minho, Çanbin və Feliks ilə birlikdə 15 sentyabr 2021-ci ildə çıxan Noeasy albomundakı "Surfin'" mahnısının sözlərini yazdı və öz xoreoqrafiyasını hazırladı. 16 sentyabr 2021-ci ildə İtalyan brendi ETRO, Minho, Hyoncin və Feliks ilə birlikdə Etro Earthbeat kampaniyasını reklam edən xoreoqrafiyalı video yayımladı. Həmçinin, Minho, Hyoncin və Feliks ETRO ilə əməkdaşlıq edən ilk K-pop idollarıdır. 19 oktyabr 2021-ci ildə çəkilişin pərdəarxası görüntüləri Stray Kids YouTube hesabında yerləşdirildi.

Diskoqrafiya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Li Minho haqqında məlumat. Li Minho nədir? Li Minho nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Noyabr

  • Fevral 27, 2026

    Emma Uotson

  • Fevral 26, 2026

    Rəna İsmayılova

  • Fevral 27, 2026

    Fresno (Kaliforniya)

  • Fevral 27, 2026

    Ramiz Rizayev

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst