Apuliya — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Mərkəzi Bari şəhəridir. Apennin yarımadasının cənub-şərqində, Adriatik və İoni (Taranto körfəzi) dənizləri sahillərindədir. Bari, Brindizi, Leççe, Taranto, Foca əyalətlərindən ibarətdir. Sahəsi 19.358 km². Əhalisi 4,1 mln (1994). Səthi təpəli düzənlikdir. Maksimal hündürlük 1151 m-dir (Dauniya d.) Kontinental Aralıq dənizi iqlimi hakimdir. İllik yağıntı 400–500 mm-dir. Ərazisinin 5%-i meşəlikdir. Ölkənin əsas kənd təsərrüfatı rayonlarından biridir. Zeytun və üzümçülük sahələri daha çox inkişaf etmişdir. Pambıq və şəkər çuğunduru, tütün, paxlalı bitkilər, heyva, əncir, badam becərilir. Margerita-di-Savoyyada dəniz duz mədənləri var. Qarqano yarımadasında boksit, Foca rayonunda təbii qaz çıxarılır. Neft emalı, neft-kimya, kənd təsərrüfatı maşınqayırması, toxuculuq, tikiş, rezin, metallurgiya sənayesi müəssisələri var. Mühüm şəhərləri və portları: Bari, Taranto, Brindizi.
| Apuliya | |||||
|---|---|---|---|---|---|
| Puglia | |||||
| |||||
| |||||
| 41°00′31″ şm. e. 16°30′46″ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| İnzibati mərkəz | Bari | ||||
| Tarixi və coğrafiyası | |||||
| Sahəsi |
| ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Rəqəmsal identifikatorlar | |||||
| ISO kodu | IT-75 | ||||
| Rəsmi sayt | |||||
![]() | |||||
Həmçinin bax
Apuliya qraflığı
İstinad
- ArchINFORM (alm.). 1994.
- Italian National Institute of Statistics. 1926.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 582. ISBN 978-9952-441-02-4.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Apuliya haqqında məlumat. Apuliya nədir? Apuliya nə deməkdir?

![Bayraq[d]](/uploads/wikipedia/0b11adac27d425eebc1914f4ac89ab12.png)
