Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Hüseyn Əhməd ibn Əbi Bəkr Məhəmməd ibn Əhməd əl-Quduri əl-Hənəfi (ərəb. القدوري‎; 973 və ya 972, Bağdad – 1037, Bağdad) — Hənəfi məzhəbi fəqihlərindən. Müct

Quduri

  • Ana Səhifə
  • Vikipediya
  • Quduri

Əbu Hüseyn Əhməd ibn Əbi Bəkr Məhəmməd ibn Əhməd əl-Quduri əl-Hənəfi (ərəb. القدوري‎; 973 və ya 972, Bağdad – 1037, Bağdad) — Hənəfi məzhəbi fəqihlərindən. Müctəhid. Abbasi xəlifəsinin istəyi ilə "əl-Müxtəsər" əsərini yazmış və xəlifəyə təqdim etmişdir.

Quduri
ərəb. أحمد بن محمد بن أحمد بن جعفر بن حمدان البغدادي‎
Doğum tarixi 973(0973) və ya 972(0972)
Doğum yeri
  • Bağdad
Vəfat tarixi 1037(1037) (63–65 yaşında)
Vəfat yeri
  • Bağdad
Elm sahəsi fiqh

Bioqrafiyası

Quduri 973-cü ildə Bağdadda düyaya gəlmişdir. Nisbəsinin mənşəyi məlum deyildir. Güman edirlir ki, nisbəsi dulusçuluqla və ya Bağdadın kəndlərindən biri olan Qudurə ilə bağlıdır. Bəzi mənbələrdə və əsərlərində künyəsi Əbu Həsən olaraq qeyd edilib. O, Əbu Abdullah Məhəmməd ibn Yəhya Cürcanidən fiqh və Məhəmməd ibn Əli Süveyd Müəddibdən hədis təhsili almışdır. İraqda Hənəfi məzhəbinin rəhbəri dərəcəsinə yüksəlmişdir. O, Hənəfi məzhəbi ilə yanaşı Şafii məzhəbini də kitab yazacaq qədər dərindən bilirdi. Hədis elmində "saduq" adlanan Quduri, cədəldə (red — debat) də mahir idi. 5 (və ya 15) Rəcəb 1037-ci ildə Bağdadda vəfat etmişdir. Əvvəlcə Dərbu-əbixələfdəki evinin zirzəmisində dəfn edilsə də sonradan nəşi Əbu Bəkr əl-Xarəzminin məzarının yanındakı türbəyə nəql edilmişdir.

Əsərləri

Qudurinin əsərləri bunlardır:

  • əl-Müxtəsər. Fiqh sahəsində əsrlər boyu dərs kitabı olaraq istifadə olunan əhəmiyyətli bir əsər olub, türkcəyə, farscaya və bəzi qərb dillərinə tərcümə edilmişdir.
  • ət-Təqrib. Quduri əvvəlcə Əbu Hənifə ilə tələbələri arasındakı məzhəb içi ixtilafları və məsələlərin dəlillərinə yer vermədən ələ alan tək cildlik bir nüsxə hazırlamış daha sonra bunu dəlillərlə zənginləşdirərək genişləndirmişdir. Əsərin bir nüsxəsi Bəyazid Dövlət Kitabxanasında saxlanılır.
  • ət-Təcrid. Elmi xilafa dair yeddi hissəlik bir əsər olub, İmam Şafii ilə Əbu Hənifə və tələbələri arasındakı ixtilaflı məsələləri araşdırmış və məzhəb imamını müdafiə etmişdir. Əsərin Bəyazid Dövlət, Nuruosmaniyə, Süleymaniyə və Topqapı Sarayı muzeyi kitabxanalarında qeydli nüsxələri vardır. Cəmaləddin Konyəvi tərəfindən buna "ət-Təfrid" adıyla dörd cildlik bir çalışma edilmişdir.
  • Şərhi Müxtəsarul-Kərxi.
  • Nübzə min mənaqibi Əbi Hənifə.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Quduri haqqında məlumat. Quduri nədir? Quduri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sapporo

  • Mart 01, 2026

    Uzaqlaşdırıcı sinir

  • Fevral 27, 2026

    Harput

  • Fevral 27, 2026

    Sundalılar

  • Fevral 27, 2026

    1429-cu il

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst