Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Axirət — Dini inanclara görə ölümdən sonra gediləcəyinə inanılan sonsuz aləm. İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmri ilə dirildilib,

Axirət

  • Ana Səhifə
  • Vikipediya
  • Axirət

Axirət — Dini inanclara görə ölümdən sonra gediləcəyinə inanılan sonsuz aləm. İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmri ilə dirildilib, məhşər (sorğu-sual) meydanına çəkiləcəklər. Bu dünyada etdiyi əməllərə uyğun olaraq, hamının hökmü veriləcək. Yaxşı insanlar cənnətə, pis insanlar isə cəhənnəmə göndəriləcəklər. Bundan sonra həyat həmin yerlərdə (cənnət və cəhənnəmdə) davam edəcək. Məhşər günündən sonrakı həmin aləmə "axirət aləmi" deyilir.

Mündəricat

Axirət aləmi

Digər dini əsaslar kimi Axirət aləmi də iki yolla isbat olunur ki, onlardan biri ağıl və digəri isə ayə və rəvayətlərdən ibarətdir.

Axirət aləminin xüsusiyətləri

Ağıl və məntiq baxmından Axirət aləmi aşağıdakı xüsusiyətlərə malik olmalıdır:

Axirət aləmi əbədi və həmişəlik olmalıdır. Qurani kərimə nəzər saldıqda Axirət aləminin əbədi olmasına dair bir çox ayələr görürük. Məsələn:

Behiştin qapıcıları əhlinə salam verərək dəyər xoş olsun sizə. Əbədi olaraq behiştə daxil olun.

Həmçinin Cəhənnəm əhli barədə buyrulur: Allah təalə münafiq iki üzlü kişilər, qadınlar və kafirlər üçün əbədi olan cəhənnəm odunu vədə vermişdir. Axirət aliminin nemət və səadəti hər növ çətinlik və əzabəziyyətdən uzaq olmalıdır.

Axirət aləmində olan nemət və səadət üçün heç bir əziyyət narahatlıq və hüzn olmalıdır. Çünki bu cür xüsusiyyətlər müvəqəti olan dünya həyatının nemətləri və rifahını əldə etdikdə ola bilər. Axirət aləmində isə bu cür xüsusiyyətlərin olması qeyri mümkündür. Qurani Kərimdə oxuyuruq:

Onlara xitab olunar. Behiştə daxil olsun. Sizin üçün Heç bir qorxu və hüzn olmayacaqdır.

Axirət aləmi iki hissədən təşkil olunmuşdur. Belə ki saleh əməllər sahibi üçün rəhmət və günahkar üçün əzaba malik olmalıdır.

Ağıl və düşüncə

Ağıl və düşüncə yolu ilə Axirət aləmini bir neçə dəllilə isbat etmək olar.

Hikmət dəlili

Bildiyiniz kimi hər bir insan ruh və cisimdən ibarətdir ki, onun əbədi həyatının əsas amili də ruhla bağlıdır. İnsan bu dünyada zəhmət çəkib bir sıra ləzzətlərdən bəhrələnmək və nəhayət bu dünya ilə vidalaşıb torpaq altında çürüyərək aradan getmək üçün xəlq olunmamışdır. Çünki ölməklə bütün var dövlət çəkdiyi zəhmətlər və s. heçə çıxır və beləliklə də hər bir insanın həyat tərzi mənasız və puç sayılır.

İlahi sifətlərdən biri də Allahın hikmətli olmasıdır. Belə bir həyat tərzi isə Allahın hikmətlərindən çox-çox uzaqdır.

Quranda axirət

Qurani-Kərimdə yüzdən çox termin və deyib istifadə olunmaqla axirət əqidəsi işlənmişdir.Mövzu ilə bağlı ayələr həm Məkki həm də Mədəni surələrdə tez-tez təkrarlanmışdır.Bu təkrarın mövzunun əhəmiyyətini vurğulamaq, məsuliyyət hissini gücləndirmək, dünya ilə axirət arasındakı psixoloji məsafəni qısaltmaq, möminin ruhunu yüksəltmək və həyatını əbədi etmək məqsədi daşıdığını söyləmək mümkündür.Bir çox surələrdə kainatın, xüsusən də insanların yaradılışından, kainatın idarə olunmasından və həyatın axışından bəhs edən ayələr, axirət həyatını təsvir edən ayələr yan-yana qoyulmuşdur.Quranın vəsfinə görə, dünya həyatı bir “oyun və əyləncə”, “zinət və öyünmək”dir. Bu, “mülk, təsir uğrunda yarışdır”. Nəticə etibarı ilə müvəqqəti mənfəət və aldatma vasitəsidir.Həqiqi həyat axirət həyatıdır, sülh və əmin-amanlıq ancaq ölümsüzlük aləmindədir. Ölüm geridə qalanlar üçün ağrı və həsrətlə dolu bir hadisə olsa da, mömin qəlblərin fanilikdən əbədiyyətə keçməsinə vəsitədir.

Həmçinin bax

  • Araf
  • Cənnət
  • Cəhənnəm

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Axirət haqqında məlumat. Axirət nədir? Axirət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Yutlandiya

  • Fevral 23, 2026

    Opisthokonta

  • Fevral 23, 2026

    Makedon dili

  • Fevral 24, 2026

    Oologiya

  • Fevral 23, 2026

    Barak Obama

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst