Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yens Stoltenberq (norv. Jens Stoltenberg; 16 mart 1959[…], Oslo, Norveç) — Norveç dövlət və siyasi xadimi, 2000–2001 və 2005–2013-cü illərdə Norveçin baş naziri

Yens Stoltenberq

  • Ana Səhifə
  • Vikipediya
  • Yens Stoltenberq

Yens Stoltenberq (norv. Jens Stoltenberg; 16 mart 1959[…], Oslo, Norveç) — Norveç dövlət və siyasi xadimi, 2000–2001 və 2005–2013-cü illərdə Norveçin baş naziri, 1 oktyabr 2014-cü ildən NATO-nun baş katibi.

Yens Stoltenberq
norv. Jens Stoltenberg
Yens Stoltenberq, 3 iyun 2009
Yens Stoltenberq, 3 iyun 2009
NATO-nun 13-cü baş katibi
Vəzifədədir
1 oktyabr 2014-dən
    ƏvvəlkiAnders Foq Rasmussen
    Norveçin 20-ci baş naziri
    17 oktyabr 2005 – 16 oktyabr 2013
    MonarxV Harald
    ƏvvəlkiKyel Maqne Bondevik
    SonrakıErna Solberq
    Norveçin 18-ci baş naziri
    3 mart 2000 – 19 oktyabr 2001
    MonarxV Harald
    ƏvvəlkiKyel Maqne Bondevik
    SonrakıKyel Maqne Bondevik
    Şəxsi məlumatlar
    Doğum tarixi 16 mart 1959(1959-03-16)[…] (66 yaş)
    Doğum yeri
    • Oslo, Norveç
    Partiya
    • Norveç Fəhlə Partiyası (1973)
    Təhsili Oslo Universiteti
    Fəaliyyəti iqtisadçı, siyasətçi
    Atası Turvald Stoltenberq
    Uşağı 2 (Catharina Stoltenberg daxil olmaqla)
    Elmi fəaliyyəti
    Elm sahəsi siyasət, Beynəlxalq təhlükəsizlik

    Təltifləri Commanders Grand Cross of the Order of the Polar Star — 2024 Department of Defense Medal for Distinguished Public Service — 2024 Prezidentin "Azadlıq" medalı — 2024 1-ci dərəcəli "Doğan günəş" ordeni — 2025 Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük xaçı — 2024 Order of the Cross of Terra Mariana, 1st Class — 2019 King Harald V's Jubilee Medal 1991–2016 — 2016 Order of the Three Stars, 1st Class — 2024 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni — 2023 Order of Tomáš Garrigue Masaryk, class III — 2024 "Katolik İzabella" ordeninin böyük xaçı — 2024 Grand Cordon of the Order of Leopold — 2024 Grand Cross of the Order of the Lion of Finland — 2024 Vitis Xaçı böyük xaç ordeni — 2023 "Böyük Vitautas" ordeninin böyük xaçı — 2019 "Oran-Nassau" ordeninin böyük xaçı — 2024
    İmzanın şəkli
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Həyatı

    Yens Stoltenberq Norveçdə tanınmış siyasətçi ailəsində dünyaya gəlmişdir. Onun atası, Turvald Stoltenberq 1979–1981-ci illərdə Norveçin müdafiə naziri, 1987–1989 və 1990–1993-cü illərdə isə xarici işlər naziri olmuşdur.

    Yens karyerasına Norveçdə solçuların əsas mətbuat orqanı olan "Arbeiderbladet" qəzetində jurnalist kimi başlamışdır. 1985–1989-cu illərdə Norveç Fəhlə Partiyasının gənclər təşkilatına rəhbərlik etmişdir. 1993–1996-cı illərdə Qru Harlem Brundtland hökumətində ticarət və energetika naziri, 1996–1997-ci illərdə Turbyorn Yaqland hökumətində maliyyə naziri olmuşdur.

    2000-ci ilin martında baş nazir vəzifəsini tutmuş, 10 sentyabr 2001-ci ildə keçirilən seçkilərdə onun partiyası 24% səslə öz tarixinin ən zəif nəticəsini göstərərək məğlub olmuşdur.

    2002-ci ildə Norveç Fəhlə Partiyasının rəhbərliyində Turbyorn Yaqlandı əvəz etmiş və 12 sentyabr 2005-ci il seçkilərində qalib gələrək 17 oktyabr 2005-ci ildə yeni hökumətə rəhbərlik etməyə başlamışdır. 2009-cu il seçkilərində də yüksək nəticə göstərərək növbəti 4 il müddətində hakimiyyətdə qalmışdır. 2013-cü il seçkilərində Stoltenberqin partiyası parlamentdə üstünlüyü itirdi və onun hökuməti istefaya getdi.

    28 mart 2014-cü ildə vəzifələrinin icrasına 1 oktyabr 2014-cü ildən başlamaqla NATO-nun növbəti baş katibi seçilmişdir.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yens Stoltenberq haqqında məlumat. Yens Stoltenberq nədir? Yens Stoltenberq nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 01, 2026

      Eylat

    • Mart 01, 2026

      Xotin

    • Fevral 27, 2026

      Natalya Narışkina

    • Mart 01, 2026

      Anadolu roku

    • Mart 01, 2026

      Kaleydoskop (balet)

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst