Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İshaq Məmmədrza oğlu Cəfərzadə (14 avqust 1895, Yelizavetpol – 5 yanvar 1982, Bakı) — Azərbaycan arxeoloqu və etnoqrafı, tarix elmləri namizədi, Azərbaycan SSR

İshaq Cəfərzadə

  • Ana Səhifə
  • Vikipediya
  • İshaq Cəfərzadə

İshaq Məmmədrza oğlu Cəfərzadə (14 avqust 1895, Yelizavetpol – 5 yanvar 1982, Bakı) — Azərbaycan arxeoloqu və etnoqrafı, tarix elmləri namizədi, Azərbaycan SSR əməkdar elm xadimi (1965).

İshaq Cəfərzadə
Doğum tarixi 14 avqust 1895(1895-08-14)
Doğum yeri
  • Yelizavetpol, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 5 yanvar 1982(1982-01-05) (86 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elm sahələri arxeologiya, etnoqrafiya
Elmi dərəcəsi
  • tarix elmləri namizədi[d]
İş yeri
  • Milli Azərbaycan Tarixi Muzeyi
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Azərbaycan SSR əməkdar elm xadimi

Mündəricat

Həyatı

İshaq Məmmədrza oğlu Cəfərzadə 14 avqust 1895-ci ildə hazırkı Gəncə şəhərində anadan olmuşdur. Altı yaşında mədrəsədə təhsil almağa başlamış və burada ərəb və fars dillərini öyrənmişdir. 1910–1916-cı illərdə altıillik şəhər məktəbində təhsilini başa vurduqdan sonra, 1924-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə daxil olmuş və 1927-ci ildə bu təhsilini uğurla tamamlamışdır. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq şöbəsinin etnologiya fakültəsinə daxil olmuş və 1929–1930-cu təhsil illərində təhsilini başa vurmuşdur.

İshaq Cəfərzadə elmi fəaliyyətinə 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin tarix-etnoqrafiya bölməsinin və Azərbaycan Arxeoloji Komitəsinin üzvü olaraq başlamışdır. 1926-cı ildə Azərbaycan Dövlət Muzeyində elmi əməkdaş kimi fəaliyyətə başlamış və ömrünün sonuna qədər burada çalışmışdır. O, ilk elmi araşdırmalarını Gəncə şəhərində həyata keçirmişdir. Mütəfəkkir-şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar təşkil olunan qazıntı işlərinə rəhbərlik etmişdir. Bu tədqiqatlar nəticəsində Gəncənin yeri dəqiq müəyyənləşdirilmiş, qala divarları, sənətkar məhəllələri, müxtəlif məişət tikililəri aşkar edilmiş və çoxlu sayda maddi mədəniyyət nümunələri üzə çıxarılmışdır. Şairin məzarını açmaq və nəşini gün işığına çıxarmaq şərəfinə nail olan İshaq Cəfərzadə Nizami Gəncəvinin nəşini yubiley günlərində yeni türbədə qara mərmər sənduqəyə yerləşdirmişdir. O, bu araşdırmalarının nəticələrini ümumiləşdirərək 1944-cü ildə "Gəncə tədqiqatlarına dair" əsərini namizədlik dissertasiyası kimi müdafiə etmişdir.

İshaq Cəfərzadə Azərbaycan ərazisində 70-dən çox maddi mədəniyyət abidəsinin üzə çıxarılmasına rəhbərlik etmişdir. O, Xocalı, Qızılvəng, Çovdar, Yaloylutəpə, Örənqala kimi mühüm arxeoloji ekspedisiyalarda və onlarla etnoqrafik səfərlərdə iştirak etmişdir. 1938–1940-cı illərdə Gəncə, 1939–1950-ci illərdə isə Abşeron, Səbayıl, Qobustan və digər bölgələrdə təşkil edilən arxeoloji ekspedisiyaların təşkilatçısı və rəhbəri olmuşdur. Xüsusilə, Qobustan qaya təsvirlərinin tədqiqi sahəsində ilk dəfə 1939-cu ildə dünya elminə məlumat verən şəxs olmuşdur.

1945-ci ildə SSRİ EA Azərbaycan Filialının Azərbaycan Elmlər Akademiyasına çevrilməsindən sonra İshaq Cəfərzadə bu elm ocağında Tarix İnstitutunun Arxeologiya şöbəsinə rəhbərlik etmişdir. O, 5 yanvar 1982-ci ildə Bakıda vəfat etmişdir.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri — 1965
  • "Qırmızı Bayraq" ordeni
  • "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
  • "Qafqazın müdafiəsinə görə" medalı

Əsas elmi əsərləri

  • Azərbaycanın qədim tarixi. Azərbaycan SSR EA Tarix və Fəlsəfə İnstitutunun əsərləri, I cild, Bakı, 1961.
  • Историко-архелогический очерк старой Ганджи (Родина Низами). Баку, 1949.
  • Гобустан. Наскальные изображения. Баку, 1973.
  • Qədim Gəncənin tarixi-arxeoloji oçerki. 1947

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İshaq Cəfərzadə haqqında məlumat. İshaq Cəfərzadə nədir? İshaq Cəfərzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Silisium

  • Fevral 25, 2026

    Arbedo döyüşü

  • Fevral 23, 2026

    7 noyabr

  • Fevral 24, 2026

    Rəsul Rza

  • Fevral 23, 2026

    Epoxa

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst