Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İnqilab İsmayılov (24 fevral 1962, Xocalı, DQMV – 12 iyun 1992, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.

İnqilab İsmayılov

  • Ana Səhifə
  • Vikipediya
  • İnqilab İsmayılov

İnqilab İsmayılov (24 fevral 1962, Xocalı, DQMV – 12 iyun 1992, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.

İnqilab İsmayılov
İnqilab Ələkbər oğlu İsmayılov
İnqilab İsmayılov
İnqilab İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi 24 fevral 1962(1962-02-24)
Doğum yeri
  • Xocalı, Stepanakert rayonu, DQMV, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 12 iyun 1992(1992-06-12) (30 yaşında)
Vəfat yeri
  • Ağdam rayonu, Azərbaycan
Dəfn yeri Bilinmir
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Respublikasının Daxili Qoşunları
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

Həyatı

İnqilab İsmayılov 24 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olmuşdur. Orta məktəbi 1979-cu ildə bitirmişdir. O, 1981-ci ildə ordu sıralarına çağırılmış və daxili qoşunlarda xidmət etmişdir. Hərbi xidmətdə olduğu vaxtda Xarkov şəhərində gizirlik məktəbini bitirmişdir. Xarkov şəhərində xidmətini başa vuran İsmayılov 1984-cü ildə Xocalıya dönmüş və sovxozda traktorçu işləmişdir.

Döyüşlərdə iştirakı

İnqilab İsmayılov 1990-cı ildə Xocalı Polis şöbəsində işə düzəlir. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda vəziyyət gərginləşirdi. Erməni işğalçıları Xocalını gecə-gündüz raket atəşinə tuturdular, silahsız, günahı olmayan sakinlər faciəli surətdə həlak olurdular.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları ilə Rusiyanın 366-cı motoatıcı alayı birləşərək Xocalı soyqırımını törətdilər. Bu zaman İnqilab İsmayılov döyüşə atılır və döyüşçü yoldaşları ilə birlikdə vuruşa-vuruşa sağ qalmış camaatın bir hissəsini düşmən mühasirəsindən çıxarır. O, əhalinin çoxunu Oğuz rayonunda yerləşdirib, yenidən cəbhə xəttinə dönür.

İnqilab İsmayılov fəaliyyətini Ağdam rayon Polis şöbəsinin post-patrul xidmətində davam etdirir. Onun xidmət etdiyi post patrul alayı Daşbaşı yüksəkliyini qoruyurdu. Ermənilər buraya dəfələrlə hücum etmiş, məğlub olaraq geri çəkilmişdir. Hücumlardan biri 12 iyun 1992-ci ildə oldu. Ermənilər 6 dəfə hücum etsələr də, məğlub olub geri çəkildilər. Erməinlərin 6 postu tam məhv edildi. İnqilab İsmayılov bu döyüşdə şəhid oldu. Döyüşçü yoldaşları bir neçə dəfə cəhd etsələr də, onun cəsədini döyüş meydanından çıxara bilməmişdilər.

Ailəsi

Ailəli idi, üç övladı yadigar qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə İsmayılov İnqilab Ələkbər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bakının Xətai rayonundakı küçələrdən biri Milli Qəhrəmanın adını daşıyır. Həmin küçədə İ. İsmayılovun xatirə lövhəsi vurulub.

Həmçinin bax

  • Xocalı soyqırımı

Ədəbiyyat siyahısı

  • Əsgərov, V. İsmayılov İnqilab Ələkbər oğlu /Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.145-146. İsmayılov İnqilab Ələkbər oğlu //Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. H.M.Həmidova.- Bakı, 2008.- S.108.
  • Seyidzadə, M. İsmayılov İnqilab Ələkbər oğlu //Seyidzadə M. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.111.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İnqilab İsmayılov haqqında məlumat. İnqilab İsmayılov nədir? İnqilab İsmayılov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    III Tiqlatpalasar

  • Fevral 27, 2026

    Mucəm əl-buldan

  • Fevral 27, 2026

    Separatizm

  • Fevral 27, 2026

    İraq müharibəsi

  • Fevral 27, 2026

    Balkan vilayəti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst