Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Turbojet və ya Turboreaktiv mühərrik — hava soyutmalı, aviasiya sektorunda istifadə edilən reaktiv mühərrik. Mühərrikin termodinamik dövrə patentinin XIX əsrdə

Turbojet

  • Ana Səhifə
  • Vikipediya
  • Turbojet

Turbojet və ya Turboreaktiv mühərrik — hava soyutmalı, aviasiya sektorunda istifadə edilən reaktiv mühərrik. Mühərrikin termodinamik dövrə patentinin XIX əsrdə Brayton tərəfindən alınmasına baxmayaraq, Böyük Britaniyada Frank Whittle və Almaniyada Hans von Ohain tərəfindən bir-birindən əlaqəli olmayaraq 1930-cu illərin sonlarında işləyən prototipləri yaradılmışdır.

Tipik bir turbojet motor diaqramı

Turbo, Latınca “yüksək sürətlə fırlanan” deməkdir. Jet isə Latıncadan tərcümədə “döndərmək” mənası verir. Nyutonun üçüncü qanununa görə yüksək sürətdə qazları geriyə itələyərkən, özü tərs istiqamətdə bir qüvvə yaradır.

Mündəricat

Tarixi

Təyyarənin hərəkəti üçün lazımi enerjinin qaz turbinindən istifadə edərək əldə edilməsi konsepsiyasının tarixi XX əsrin əvvəllərinə qədər uzanır. Fransız mühəndis Maksim Qulyam 1921-ci ildə eksenel axınlı turbojet mühərriki üçün patent əldə etmək məqsədilə müraciət etmiş, lakin o dövrün texnoloji məhdudiyyətlərinə görə bu dizayn heç vaxt hazırlanmışdır.

1920-ci illərin axırlarında Britaniya RAF Kollecinin Krenvel tələbəsi olan Frenk Uittl turbojet mühərriki üçün öz ideyalarını inkişaf etdirərək təkmilləşdirilmişdir. 1930-cu ildə o özünün dizaynına patent almaq üçün müraciət etmiş və mühərrikləri daha da inkişaf etdirmək və eyni zamanda da onları istehsal etmək üçün Power Jets şirkətini yaratmışdır. İlk müvəffəqiyyətlə işləyən turbojet mühərriki 1937-ci ildə Power Jets WU olmuşdur.

Almaniyada Hans von Ohain də 1930-cu illərdə turbojet mühərriki hazırlamış və onun dizaynı 1950-ci illərdə əksər istehsalçılar tərəfindən qəbul edilmişdir. Heinkel He 178 1939-cu ildə Hans von Ohainin mühərrikindən istifadə edərək uçan ilk təyyarə olmuşdur.

İkinci Dünya müharibəsi zamanı həm almanlar, həm də ingilislər operativ turbojet təyyarələrini dünyaya təqdim etmişdirlər. Dünyanın birinci turbojet mühərrikli hərbi təyyarəsi hesab olunan Messerschmitt Me 262 1944-cü ildə xidmətə qəbul edilmiş, ondan sonra isə Böyük Britaniya istehsalı olan Gloster Meteor xidmətə qəbul edilmişdir. Bu birinci turbojet mühərrikləri sentrifüqa kompressorunun və ya oxboyu kompressorun istifadəsi ilə xarakterizə olunurdular.

Turboreaktiv mühərrikin inkişafı müharibədən sonrakı dövrdə də davam etdirilmiş və dizayn və texnologiyanın inkişafı nəticəsində turbojet mühərrikinin nüvəsinə pərvanə və əlavə turbin əlavə edilmiş və beləliklə də turbofan mühərriki əldə edilmişdir. Turbofan mühərriklər turbojet mühərriklərinə nisbətən daha çox yanacağa qənaət edir və eyni zamanda da daha az səs-küy yaradırlar. Bu isə öz növbəsində onları kommersiya təyyarələrində istifadə üçün daha çox məqsədəmüvafiq edir.

1960-cı illərdə səsdən sürətli Konkord sərnişin təyyarəsi Olympus 593 turbojet mühərriki ilə xidmətə qəbul edilmişdir.

Dəqiq itələmə qüvvəsi

F N = ( m ˙ a i r + m ˙ f ) V j − m ˙ a i r V {\displaystyle F_{N}=({\dot {m}}_{air}+{\dot {m}}_{f})V_{j}-{\dot {m}}_{air}V} {\displaystyle F_{N}=({\dot {m}}_{air}+{\dot {m}}_{f})V_{j}-{\dot {m}}_{air}V}

bu tənlikdə olan parametrlər

m ˙ a i r {\displaystyle {\dot {m}}_{air}} {\displaystyle {\dot {m}}_{air}} motordan keçən hava kütləsinin axını
m ˙ f {\displaystyle {\dot {m}}_{f}} {\displaystyle {\dot {m}}_{f}} istifadə edilən yanacağın kütlə axını
V j {\displaystyle V_{j}\;} {\displaystyle V_{j}\;} turbojet motorun nozulundan çıxan qazların ortalama sürəti
V {\displaystyle V\;} {\displaystyle V\;} uçan texnikanın sürəti
( m ˙ a i r + m ˙ f ) V j {\displaystyle ({\dot {m}}_{air}+{\dot {m}}_{f})V_{j}} {\displaystyle ({\dot {m}}_{air}+{\dot {m}}_{f})V_{j}} nozulun istehsal etdiyi qüvvə
m ˙ a i r V {\displaystyle {\dot {m}}_{air}V} {\displaystyle {\dot {m}}_{air}V} motorun sürüşmə qüvvəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Turbojet haqqında məlumat. Turbojet nədir? Turbojet nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Diprotodontia

  • Fevral 27, 2026

    Cənub slavyanları

  • Fevral 27, 2026

    Sarqas dənizi

  • Fevral 27, 2026

    Ubıxlar

  • Fevral 27, 2026

    Türkiyə (qəzet)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst