Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mehman Qəzənfər oğlu Sayadov (21 noyabr 1972, Günəşli, Vardenis rayonu – 9 may 1992, Nəbilər, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ mühar

Mehman Sayadov

  • Ana Səhifə
  • Vikipediya
  • Mehman Sayadov

Mehman Qəzənfər oğlu Sayadov (21 noyabr 1972, Günəşli, Vardenis rayonu – 9 may 1992, Nəbilər, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Mehman Sayadov
Sayadov Mehman Qəzənfər oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 21 noyabr 1972
Doğum yeri
  • Günəşli, Vardenis rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 9 may 1992 (19 yaşında)
Vəfat yeri Nəbilər, Şuşa rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid olmuşdur.
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

Həyatı

1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır.

Döyüşlərdə iştirakı

5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.

Döyüş meydanında gənc Mehmanın cəsədi ətrafında onlarla erməni işğalçılarının meyiti səpələnmişdi. Bu Mehmanın əsl qəhrəmanlığından xəbər verirdi. Onun bu qəhrəmanlığı Birinci Qarabağ müharibəsi dövründə dildən–dilə, eldən elə gəzdi.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Sayadov Mehman Qəzənfər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Bütün cəhdlərə baxmayaraq qəhrəmanımızın cəsədini döyüş meydanından çıxarmaq mümkün olmamışdır.

Ədəbiyyat

  • Fəxrəddin Quliyev, "Milli qəhrəmanlar", "Məktəb" qəzeti, №39(304), 20 oktyabr 2014-cü il. səh.1
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 254.
  • Bilal Ənsər. "Ağrıdağlı qəhrəmanlar". Bakı: 2004, səh. 24-26.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mehman Sayadov haqqında məlumat. Mehman Sayadov nədir? Mehman Sayadov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Almaz

  • Fevral 24, 2026

    Üç üqnum

  • Fevral 23, 2026

    Arxipelaq

  • Fevral 24, 2026

    İsveçrə frankı

  • Fevral 24, 2026

    İrlandiya bayrağı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst