Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mirzǝzadǝ Zaur Mübariz oğlu 23 sentyabr 1983-cü ildǝ Bakıda anadan olub. 1990-cı ildǝ 189 saylı orta mǝktǝbǝ daxil olub, 1995-ci ildǝ "287 saylı Zǝkalar" liseyi

Zaur Mirzəzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Zaur Mirzəzadə

Zaur Mirzəzadə (23 sentyabr 1983, Bakı) — Prodüser, kino prodüser, kinorejissor, ssenari müǝllifi.

Zaur Mirzəzadə
Zaur Mübariz oğlu Mirzǝzadǝ
Doğum tarixi 23 sentyabr 1983 (42 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti Prodüser

Mündəricat

Həyatı

Mirzǝzadǝ Zaur Mübariz oğlu 23 sentyabr 1983-cü ildǝ Bakıda anadan olub. 1990-cı ildǝ 189 saylı orta mǝktǝbǝ daxil olub, 1995-ci ildǝ "287 saylı Zǝkalar" liseyinǝ daxil olub, 2000-ci ildǝ hǝmǝn liseyi bitirib. Süleyman Əlǝsgǝrov adına 1 nömrǝli musiqi mǝktǝbindǝ tar ixtisası üzrǝ tǝhsil alıb. 2000-ci ildǝ Bakı Dövlǝt Universitetinin biologiya fakültǝsinǝ daxil olub, amma bu ixtisas üzrǝ tǝhsilini davam etdirmǝk istǝmǝdiyindǝn bu sahǝdǝ tǝhsilini yarımçıq qoyub. 2001-ci ildǝ "Neft vǝ Qaz yataqlarının işlǝnmǝsi vǝ istismarı" fakültǝsinǝ daxil olub, 2005-cı ildǝ bitirib.

2005-2006-ci illǝrdǝ ordu sıralarında xidmǝt edib.

2007 vǝ 2008-ci illǝrdǝ Ukraynada 2017-2018-ci illǝr isǝ Çexiyada rejissorluqdan vǝ prodüser işindǝn masterklasslar almışdır. Hal hazırda ikinci ali tǝhsilini alır.

Fǝaliyyǝti

İncǝsǝnǝtǝ hǝdsiz maraq göstǝrǝn Mirzǝzadǝ, 2007-ci ildǝ tǝhsilini davam etdirmǝk üçün Ukraynanın paytaxtı Kiyev şǝhǝrinǝ yola düşür, rejissorluqdan master klasslar alır. Bir müddǝt orda qalır reklam çarxları çǝkir vǝ tv layihǝlǝrdǝ çalışır. 2008-ci ildǝ Bakıya qayıdır Lider Tv- yǝ işǝ düzǝlir vǝ 2013-ci ilǝdǝk orda çalışır. Bir çox layihǝlǝrdǝ hǝm aparıcı,hǝm prodüser,hǝm rejissor, hǝmdǝ müǝllif kimi iştirak edib. 2013-cü 2014-cü illǝrdǝ "Express" bankın marketinq şöbǝsindǝ böyük mütǝxǝssis vǝzifǝsindǝ çalışıb. Space radiosunda aparıcı kimi fəaliyyət göstərib. 2018-2019-cu illərdə Bakı şəhər Baş Mədəniyyət İdarəsində şöbə müdiri vəzifəsində çalışıb. Hazırda "Azərbaycanfilm" kinostudiyasının prodüseri vəzifəsində çalışır

Kinoya hǝdsiz maraq göstǝrǝn Zaur Mirzǝzadǝ ard-arda böyük kassa toplayan vǝ ǝhalini kinoteatrlara cǝlb edǝn filmlǝr istehsal edir. 2014-ci il "Xoxan", 2016-cı il "Naxox", 2018-ci il "Tǝhmin vǝ Zaur".

Filmoqrafiya

Filmin adı Janr Vəzifə
Qafqaz (film,2013) Dram (qısametrajlı) Prodüser
Xoxan (film, 2014) Qorxu filmi, Komediya Baş prodüser,aktyor
Naxox (film, 2016) Qorxu filmi, Komediya Baş prodüser, quruluşçu rejissor, ssenari müəllifi.
Təhmin və Zaur Romantik komediya. Baş prodüser, quruluşçu rejissor, ssenari müəllifi

Televiziya vǝ Radio fǝaliyyǝti

Adı Janr Yayım Vəzifə
Suala Cavab (veriliş, 2008) Əyləncəli yumoristik Lider TV Redaktor
ƏN (veriliş, 2008) Maarifləndirici-əyləndirici Lider TV Redaktor,Aparıcı,Produser
Kinoman (veriliş, 2009) İnformativ Lider TV Produser,Redaktor,Aparıcı
Barkod (veriliş,2010) Maarifləndirici Lider TV Aparıcı,Produser
5-ci element (veriliş,2010) Novruz Bayramı haqqında televiziya filmi Lider TV Ssenari müəllifi,rejissor,aktyor
Sehirli xalat (veriliş,2011) Yeni il konserti Lider TV Ssenari müəllifi,rejissor,aparıcı
Lift (veriliş,2012) Realiti Şou Lider Tv İdeya müəllifi,redaktor,prodüser,aparıcı
1001-ci səhər (veriliş,2012) Əyləncəli-musiqili Lider TV İdeya müəllifi,redaktor,rejissor,prodüser
Videobazz (veriliş,2012) Əyləncəli-yumoristik Lider TV İdeya müəllifi,redaktor,prodüser
Cavanlıq (teleserial,2012) Yumoristik televiziya serialı Lider TV İdeya müəllifi,ssenari müəllifi,kreativ prodüser,aparıcı
Lift 2 (veriliş,2013) Realiti Şou Lider Tv İdeya müəllifi,redaktor
YVG radio şou (veriliş,2015) Əyləncəli Space Radio İdeya müəllifi,aparıcı
100\100 şou (veriliş,2018) Əyləncəli ARB İdeya müəllifi,baş prodüser
Novruz üçün konsert (veriliş,2019) 3-gün açıq havada konsert Lider Tv Təşkilatçı
Səhərdən sonra (veriliş,2019) İnformativ Lider Tv Baş prodüser
Ulduzlu təmir (veriliş,2019) İnformativ Lider Tv Baş prodüser

Müsahibǝlǝr

  • http://artkaspi.az/az/rejissor-kimi-ceksem-komediya-cekmerem-zaur-mirzezadenin-musahibesi/#.XZPQVSVRWEc 2019-10-28 at the Wayback Machine
  • http://www.anl.az/down/meqale/kaspi_az/2017/dekabr/566964.htm
  • http://ganjanews.az/2017/11/18/mǝdǝniyyǝt/gǝncǝdǝ-'tǝhmin-vǝ-zaur'-filminin-tǝqdimatı-keçirilib.html%5B%5D
  • https://oxu.az/showbiz/222577

Xarici Keçidlǝr

  • https://m.youtube.comwatch?v=uLoEAk47pt8%5B%5D
  • https://m.youtube.com/watch?v=3-kt9Lthm2g
  • https://m.youtube.com/watch?v=IkJEVqbYvdg

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zaur Mirzəzadə haqqında məlumat. Zaur Mirzəzadə nədir? Zaur Mirzəzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Südotukimilər

  • Fevral 23, 2026

    9 aprel

  • Fevral 27, 2026

    Anastas Mikoyan

  • Fevral 27, 2026

    Nurəddin İbrahimov

  • Fevral 27, 2026

    Coan Holland

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst