Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cahangir Qurbanov 1976-cı 17 sentyabrda Sumqayıt şəhərində anadan olub. Naxçıvan Muxtar Respublikasında böyüyüb, burada 3 N-li orta məktəbdə orta təhsilini başa

Cahangir Qurbanov

  • Ana Səhifə
  • Vikipediya
  • Cahangir Qurbanov

Qurbanov Cahangir Qafar oğlu (17 sentyabr 1976, Sumqayıt) — Azərbaycan müğənnisi.

Cahangir Qurbanov
Cahangir Qafar oğlu Qurbanov
Ümumi məlumatlar
Doğum tarixi 17 sentyabr 1976 (49 yaş)
Doğum yeri
  • Sumqayıt, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Mündəricat

Həyatı

Cahangir Qurbanov 1976-cı 17 sentyabrda Sumqayıt şəhərində anadan olub. Naxçıvan Muxtar Respublikasında böyüyüb, burada 3 N-li orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Naxçıvan Dövlət Universitetinin Hərbi fiziki təlim fakültəsinə daxil olub. 1998-ci ildə ali təhsil aldıqdan sonra Bakı şəhərinə köçüb. Bir neçə beynəlxalq festivalın qalibi və qranpri mükafatçısıdır. 2009–2010-cu illərdə ATV telekanalında "Yeni Ulduz" tele-yarışmasının qalibi olub. 2012-ci ildə Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olub (professor Hüseyin Əliyevin sinfinə). 2013-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Aparıcı solist-vokalçı kimi teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Sevil"də Atakişi, "Toska"da Anjelotti, "L'elisir D'amore" Belkore, "Pagliacci" Silvio və s. Azərbaycan Respulikası DİN-yi DQ-nin nümunəvi göstərici orkestrinin dirijorudur.

Ailəlidir, bir övladı var.

Mükafatları

  • Azərbaycan Respublikası Prezidentinin mükafatı — 10 may 2019, 7 may 2020, 7 may 2021, 6 may 2023, 9 may 2024, 8 may 2025

Filmoqrafiya

  1. Tale yükü
  2. Milçək (film, 2006)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cahangir Qurbanov haqqında məlumat. Cahangir Qurbanov nədir? Cahangir Qurbanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bela Bartok

  • Fevral 27, 2026

    Afyonqarahisar ili

  • Fevral 27, 2026

    Hicaz Krallığı

  • Fevral 27, 2026

    Gey

  • Fevral 27, 2026

    Satoşi Nakamoto

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst