Muradbəyli — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdam rayonununun Ağdam şəhərinin ərazisində keçmişdə mövcud olmuş kənd.
| Muradbəyli | |
|---|---|
| 39°58′48″ şm. e. 46°55′37″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdam rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Rəsmi dili | Azərbaycan dili |
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 026 |
| Poçt indeksi | AZ0200 |
| Nəqliyyat kodu | 02 |
![]() Muradbəyli | |
Tarixi
Azərbaycan SSR-nın 1977-ci il üçün inzibati ərazi bölgüsünə görə, Əlimərdanlı, Pərioğlular, Muradbəyli kənd statusunda idilər və digər bəzi kəndlərlə birgə Ağdam rayonunun Qasımlı kənd Sovetinə daxil idilər.
1990-cı il üçün Əlimərdanlı, Pərioğlular, Muradbəyli kəndləri artıq Ağdam rayonunun Şıxbabalı kənd Sovetinə aid idilər.
Azərbaycan SSR prezidenti Mütəllibovun 6 iyun 1990-cı il tarixli fərmanı ilə, Ağdam rayonu üzrə Ağdam şəhəri ilə qovuşduğuna görə Şıxbabalı kənd Sovetinin Əlimərdanlı, Pərioğlular, Muradbəyli kəndlərinin rayonun yaşayış məntəqələri siyahısından çıxarılması qərara alınmışdı. Bu fərman Azərbaycan SSR Ali Sovetinin 26 iyun 1990-cı il tarixli qərarı ilə təsdiq edilmişdi.
Ərazi bundan sonra Ağdam şəhəri Muradbəyli sahəsi kimi qeyd olunmuşdu.
Muradbəylinin ərazisi 22-23 iyul 1993-ci il tarixində Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. İşğaldan qabaq Muradbəylidə təxminən 200-ə yaxın ev mövcud idi. İşğal olunduqdan sonra evlərin və tikililərin hamısı məhv edilmiş, əkin sahəsi kimi istifadə olunurdu.
İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ağdam rayonunun bütöv ərazisi 20 noyabr 2020-ci il tarixində Azərbaycana qaytarılmışdı.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muradbəyli (Ağdam) haqqında məlumat. Muradbəyli (Ağdam) nədir? Muradbəyli (Ağdam) nə deməkdir?
