Andrey Vladimiroviç Stadnik (ukr. ́Андрій Володимирович Стаднік; 15 aprel 1982) — Ukraynanı təmsil etmiş sərbəst güləşçi. "Pekin-2008" Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu.
| Andrey Stadnik | ||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||
| Vətəndaşlığı | ||||||||||||||||||||||||||
| Doğum tarixi | 15 aprel 1982 (43 yaş) | |||||||||||||||||||||||||
| Boyu | 172 sm | |||||||||||||||||||||||||
| İdman növü | idman güləşi[d] | |||||||||||||||||||||||||
| Medallar
| ||||||||||||||||||||||||||
Həyatı
15 aprel 1982-ci ildə anadan olub. Bacısı Yana Stadnik 48 kiloqram çəki dərəcəsində yarışan güləşçidir.
25 dekabr 2007-ci ildə Azərbaycanlı güləşçi Mariya Stadnik ilə ailə həyatı qurub. İqor (d. 2010) adlı bir oğlu və Mia (d. 2013) adlı bir qız övladı var.
Karyerası
Andrey Stadnik 2008-ci ildə Ukraynanın bayrağı altında Çinin Pekin şəhərində XXIX Yay Olimpiya Oyunlarına qatıldı. 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Andrey Stadnik finala qədər Birləşmiş Ştatların güləşçisi Douq Şvabı 6:0, Hindistanlı Suşil Kumarı 8:1, Belaruslu Albert Batırovu 8:6 və Qazaxıstanlı Leonid Spiridonovu 3:0 hesabları ilə məğlub etdi. Finalda isə Andrey Stadnik Türkiyə güləşçisi Ramazan Şahinə 5:6 hesabı ilə məğlub olaraq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Andrey Stadnik haqqında məlumat. Andrey Stadnik nədir? Andrey Stadnik nə deməkdir?