Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qüstav Dore (fr. Gustave Doré; 6 yanvar 1832[…], Strasburq[…] – 23 yanvar 1883[…], Paris[…]) — XIX əsrdə yaşamış fransız rəssam, illüstrator və memar.

Qustav Dore

  • Ana Səhifə
  • Vikipediya
  • Qustav Dore

Qüstav Dore (fr. Gustave Doré; 6 yanvar 1832[…], Strasburq[…] – 23 yanvar 1883[…], Paris[…]) — XIX əsrdə yaşamış fransız rəssam, illüstrator və memar.

Qüstav Dore
fr. Gustave Doré
Nadar tərəfindən çəkilmiş foto (1867)
Nadar tərəfindən çəkilmiş foto (1867)
Doğum adı Paul Gustave Louis Christophe Doré
Doğum tarixi 6 yanvar 1832(1832-01-06)[…]
Doğum yeri
  • Strasburq[…]
Vəfat tarixi 23 yanvar 1883(1883-01-23)[…] (51 yaşında)
Vəfat yeri
  • Paris[…]
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı
Fəaliyyəti rəssam, illüstrasiyaçı[d], karikaturçu, komiks rəssamı, litoqraf, qrafika ustası[d], rəssam-qravürçü[d], heykəltaraş, boyakar[d], vizual incəsənət rəssamı, rəssam-sulu boyaçı
Təhsili
  • Böyük Karl Liseyi[d]
Janrlar tarix rəssamlığı, dini incəsənət[d], karikatur, portret
Stillər romantizm, simvolizm
Tanınmış işləri
  • Akrobatlar
Mükafatları III Karlos ordeni komandoru — 1866 Müqəddəs Mavrikiy və Lazar ordeni kavaleri "Fəxri legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeninin cəngavər dərəcəsi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən həyatı

Qüstav Dore 1832-ci ilin yanvarın 6-da Strasburqda anadan olmuşdur. Anası Aleksandra Plüşar varlı burjua ailəsindən, atası Pyer-Lui Dore isə Vaterloo döyüşündə həlak olmuş fransız əsgərinin oğlu idi.

Dore özü nə zaman rəsm çəkməyə başladığını xatırlamırdı. Dayəsi Fransuazanın sözlərinə görə, artıq 4 yaşında olan Qüstavı heç vaxt, hətta yatarkən belə, karandaşsız görmək mümkün deyildi. Qüstav tez-tez atasının dostlarından karandaşını itiləməyi xahiş edirmiş. Gənc istedad tərəfindən 6–7 yaşında yaradılmış ilk əsərlərdən biri "Pluton və Klit" adlanır.

1841-ci ildə Qüstav ailəsi ilə birgə mühəndis atasının işi ilə əlaqədar Bura köçür. Meşələrlə əhatə olunan, qədim binalara malik Bur şəhəri gənc rəssamın təxəyyülünə müsbət təsir edir. Sonralar Dore özü də etiraf edirdi ki, "gördüklərim mənim ilk canlı təəssüratlarımdandı. Onlar mənim zövqümü formalaşdıran güclü impulslar olmuşdu".

Karyerası

Fransa

Dorenin şəkillərinin ilk hekayəsi rəssam on beş yaşında olkən yayımlandı. Bundan sonra Doré Parisdə ədəbi illüstrator kimi fəaliyyətə başladı. Ona verilən sifarislər içərisində Fransua Rable, Onore de Balzak, Dante Aligyeriyə məxsus aid əsərlərin rəsmləri də vardır. 1853-cü ildə Doreydən Corc Bayronun əsərlərinin rəsimlənilməsi istənildi. Bundan sonra sənətçi yeni nəşr olunmuş Müqəddəs Kitab nəşri də daxil olmaqla Britaniya nəşriyyatlarından bir neçə sifariş aldı. 1863-cü ildə Servantesin "Don Kixot" romanının fransızca bir nəşrinə illüstrasiyalar hazırladı. Cəngavərin və onun xidmətçisi Sanço Panzanın bu portretləri məşhurlaşdı və Don Kixotun, sonrakı rəssamların səhnə və film dizaynerlərinə təsir etmişdi. 1883-cü ildə Edgar Allan Poenin Raven şeirinin genişmiqyaslı nəşri üçün hazırladığı rəsimlər müqabilində "Harper & Brothers" nəşriyyatından 30.000 frank qazandı.

İngiltərə

Dorenin 1866-cı ildə ingiliscə İncil kitabı böyük bir müvəffəqiyyət qazandı və 1867-ci ildə rəssam Londonda əsərlərindən ibarət böyük bir sərgi açdı. Sərginin ardından New Bond küçəsindəki Dore qalereyası quruldu. 1869-cu ildə Villiam Blançard Cerrold Doreyə Londonun geniş bir portretində birlikdə işləməyi təklif etdi. Cerrold bu fikri 1808-ci ildə Londonun Mikrokosmosundan Rudolf Akkermann, Villiam Pune və Tomas Rovlandson tərəfindən almışdır. Sənətçi bu beş illik layihə üçün naşir Qrant & Co şirkəti ilə müqavilə imzaladı. Buna görə o, hər il üç ayını Londonda bu layihə üçün işləyərək ildə 10.000 funt sterlinq qazandı.

Dorenin 180 qravüründən ibarət London: A Pilgrimage adlı kitabı 1872-ci ildə nəşr olundu. Ticarət baxımından uğurlu olan kitab dövrün tənqidçilərini qane etmədi. Bəzi tənqidçilər Dorenin Londondakı yoxsulluğa çox diqqət etdiyini düşünürdülər. İncəsənət jurnalı rəssamı "gördüyünü deyil, xəyal etdiyini" çəkməkdə günahlandırdı. Vestminster Revyuda, "Dore bizə ən qüsurlu və aşağı xarici görünüşlərin şəkillərini təqdim edir" deyildi. Ancaq kitabın maliyyə uğuru nəticəsində Dore digər İngilis nəşriyyatlarından təklif aldı. Rəssamın sonrakı əsərləri arasında Samuel Teylor Koldricin "Qədim dənizçinin qafiyəsi", Con Miltonun "İtirilmiş cənnət", Alfred Tennisonun "Kralın İdilləri" ilə Tomas Hudun və İlahi Komediya əsəri vardır. Rəsimləri eyni zamanda "İllustrated London News" qəzetinde yayımlandı. Dore ömrünün qalan hissəsini Parisdə keçirdi və ölənə qədər kitabları təsvir etməyə davam etdi. Öləndə Parisdəki Per-Laşez məzarlığında dəfn edildi.

Fotoqalereya

  • Nuh Tufanı
    Nuh Tufanı
  • Mələklə vuruşan Yaqub peyğəmbər - 1855
    Mələklə vuruşan Yaqub peyğəmbər - 1855
  • İşığın yaranışı
    İşığın yaranışı
  • Yunis peyğəmbər və balina
    Yunis peyğəmbər və balina
  • Süleyman peyğəmbərin məhkəməsi
    Süleyman peyğəmbərin məhkəməsi
  • The defenestration of Jezebel at Jezreel
    Jezreeldə İzebelin müdafiəsi və ya İzebelin ölümü
  • Orlando Furiozo əsərinə illüstrasiya
    Orlando Furiozo əsərinə illüstrasiya
  • Orlando Furiozo əsərinə illüstrasiya
    Orlando Furiozo əsərinə illüstrasiya
  • Orlando Furiozo əsərinə illüstrasiya
    Orlando Furiozo əsərinə illüstrasiya
  • İtirilmiş cənnət əsərinə illüstrasiya
    İtirilmiş cənnət əsərinə illüstrasiya
  • Depiction of Satan, the antagonist of John Milton's Paradise Lost c. 1866
    Şeytanın təsviri, Con Miltonun "İtirilmiş cənnət" əsərinə illüstrasiya 1866
  • The Heavenly Hosts, c. 1866, illustration to Paradise Lost
    "Ülvi ev sahibləri", "İtirilmiş Cənnət" əsərinə illüstrasiya, 1866
  • Illustration: Death Depicted as the Grim Reaper on Top of the Moon from "The Raven"
    "Ayın üstündə Əzrailin ölümü", "The Raven"dan illüstrasiya
  • Doré illustrated several fairy tales: Cendrillon (or Cinderella)
    Qüstav Dore bir neçə nağılı da təsvir etmişdir: Sindirella
  • Don Quixote
    Don Kixot
  • Little Red Riding Hood
    Qırmızı papaq
  • Camelot, an illustration for Idylls of the King
    Kamelot, "Kralın İdiləri" əsərinə illüstrasiya
  • Merlin advising King Arthur, an illustration for Idylls of the King
    "Merlin Kral Artura məsləhət verir", "Kralın İdilləri" əsərinə illüstrasiya
  • Andromeda
    Andromeda
  • Charon, from the Divine Comedy
    Charon, İlahi Komediya' dan
  • Charon herds the sinners onto his boat, taking them to be judged, from the Divine Comedy
    Charon herds the sinners onto his boat, taking them to be judged, "İlahi Komediya"ya illüstrasiya
  • İlahi komediyadan Məhəmməd
    İlahi komediya'dan Məhəmməd
  • Illustration: Dante is accepted as an equal by the great Greek and Roman poets, from the Divine Comedy
    "Dante böyük yunan və Roma şairləri tərəfindən qəbul olunur", "İlahi Komediya"dan illüstrasiya
  • The Tempest of Hell in the Divine Comedy
    İlahi Komediya'dan Cəhənnəm fırtınası
  • La Défense Nationale, bronze sculpture, Rosenberg Library, Galveston, Texas
    La Défense Nationale, bronze sculpture, Rosenberg Library, Galveston, Texas
  • The first ascent of the Matterhorn
    Matterhorna ilk yüksəliş
  • The fatal accident on the first ascent of the Matterhorn in 1865
    1865-də Matterhorna ilk dırmanmada baş verən ölümcül qəza
  • Over London by Rail, c. 1870. From London: A Pilgrimage
    Over London by Rail, "London: Həcc Ziyarəti"ndən illüstrasiya, 1870.
  • The council of the rats
    Siçovulların məclisi
  • Death on the pale horse, Bible illustration
    "Solğun atın ölümü", İncil illüstrasiyası

Həmçinin bax

  • Akrobatlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qustav Dore haqqında məlumat. Qustav Dore nədir? Qustav Dore nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Prinston Universiteti

  • Fevral 25, 2026

    Mərmərə regionu

  • Fevral 24, 2026

    Qubadlı rayonu

  • Fevral 23, 2026

    Merkuri (mifologiya)

  • Fevral 24, 2026

    Telefon

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst