Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Möhsün (Mövsüm) Musa oğlu Poladov (1 may 1905, Ağköynək, Qazax qəzası – 11 aprel 1966, Bakı) — dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri,

Möhsün Poladov

  • Ana Səhifə
  • Vikipediya
  • Möhsün Poladov

Möhsün (Mövsüm) Musa oğlu Poladov (1 may 1905, Ağköynək, Qazax qəzası – 11 aprel 1966, Bakı) — dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru.

Möhsün Poladov
Azərbaycan SSR kənd təsərrüfatı naziri
10 mart 1959 – 16 mart 1961
ƏvvəlkiHəsən Seyidov
SonrakıƏləkbər Quliyev
Azərbaycan SSR naziri
5 oktyabr 1957 – 10 mart 1959
Azərbaycan SSR Dövlət Plan Komissiyası sədrinin birinci müavini
1954 – 5 oktyabr 1957
ƏvvəlkiƏli İbrahimov
SonrakıCəmaləddin Maqomayev
Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini
28 may 1952 – 17 aprel 1953
SədrSadıq Rəhimov
Azərbaycan SSR sovxozlar naziri
24 mart 1947 – 20 iyul 1950
Əvvəlkinazirlik təsis edilib
SonrakıSoltan Mirzəyev
Azərbaycan SSR heyvandarlıq naziri
19 iyun 1946 – 22 mart 1947
Əvvəlkinazirlik yaradılıb
Sonrakınazirlik ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 1 may 1905(1905-05-01)
Doğum yeri
  • Ağköynək, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 11 aprel 1966(1966-04-11) (60 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri I Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Fəaliyyəti dövlət xadimi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni — 19461946 "Şərəf nişanı" ordeni "Döyüş xidmətlərinə görə" medalı — 06.11.194506.11.1945

Həyatı

1905-ci ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra o, Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. Bir müddət Gəncədə müəllimlik etdikdən sonra isə Bakıya gəlmişdir. Burada o, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aparatında işləyərək Zaqafqaziya Pambıqçılar İnstitutunda təhsili davam etdirmişdir. İnstitutu aqronomluq ixtisası üzrə bitirdikdən sonra Möhsün Poladov Azərbaycan SSR Xalq Torpaq Komissarlığında kadrlar şöbəsində işləmiş, kənd təsərrüfatını mexanikləşdirməyə dair rayonlararası məktəbə rəhbərlik etmişdir.

1937-ci ildə Möhsün Poladov Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna direktor təyin edilmişdir. Böyük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanaraq Sovet Ordusu tərkibində Krım cəbhəsində döyüşlərdə iştirak etmiş, "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.

1938–1941 və 1953–1954-cü illərdə AKTİ-nin rektoru olmuşdur.

Möhsün Poladov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. "Qırmızı əmək bayrağı" ordeni və 2 dəfə "Şərəf nişanı" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.

Möhsün Poladov 11 aprel 1966-cı ildə vəfat etmiş və Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Möhsün Poladov haqqında məlumat. Möhsün Poladov nədir? Möhsün Poladov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    DARE

  • Fevral 24, 2026

    İçərişəhər metrostansiyası

  • Fevral 27, 2026

    Notbuk

  • Fevral 27, 2026

    Şali

  • Fevral 24, 2026

    Antik

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst