Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1869-cu ildə indiki Darvinin yerində salınmış Palmerston məskəninin sürətli inkişafı 1880-ci illərin əvvəllərində başlamışdır (Palmerstondan cənubda yerləşən Pa

Darvin (şəhər)

  • Ana Səhifə
  • Vikipediya
  • Darvin (şəhər)

Darvin — Avstraliyanın şimalın­da şəhər

Darvin
Darwin
Gerb
Gerb
12°26′17″ c. e. 130°50′28″ ş. u.HGYO
Ölkə
  •  Avstraliya
Tarixi və coğrafiyası
Əsası qoyulub 1869
Sahəsi
  • 112,01 km²
Mərkəzin hündürlüyü 0 m
İqlimi tropik iqlim
Saat qurşağı
  • UTC+09:30
Əhalisi
Əhalisi
  • 122.207 nəf. (2021, 2021)
Rəqəmsal identifikatorlar
Telefon kodu 0879, 0889
Poçt indeksi 0800
Digər
darwin.nt.gov.au
Xəritəni göstər/gizlə
Darvin xəritədə
Darvin
Darvin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

1869-cu ildə indiki Darvinin yerində salınmış Palmerston məskəninin sürətli inkişafı 1880-ci illərin əvvəllərində başlamışdır (Palmerstondan cənubda yerləşən Payn-Krik şəhərinin yaxınlığında qızıl yataqları aşkarlandı). 1911-ci ildə Çarlz Darvinin şərəfinə Darvin adlandırılmışdır. İkinci dünya müharibəsi zamanı Yaponiya aviasiyasının bombardmanı nəticəsində böyük dağıntılara məruz qalmışdı. 1959-cu ildə şəhər statusunu almışdır. 1974-cü ilin dekabrında Treysi qasırğası nəticəsində Darvindəki tikililərin təqribən 70%-i dağılmışdı.

Çarlz Darvin Universiteti (2003; Darvinin şimalında Kasyuarayna şəhərətrafında yerləşir), Şimal Ərazisi Kitabxanası (1950), Şimal Ərazisi incəsənət muzeyi və qalereyası (1969), akvarium var. 1991-ci ildən iki ildə bir dəfə Avstraliya və qonşu ölkələrin idmançılarının iştirakı ilə Arafur oyunları, həmçinin kriket, Avropa və Avstraliya futbolu, avtomobil və atçılıq idmanı üzrə müxtəlif yarışlar keçirilir.

Şəhərin iqtisadiyyatında xidmət sferası üstünlük təşkil edir. İşləyənlərin təqribən 90%-i, əsasən ticarət və turizm sahəsində çalışır)

Darvində və şəhər ətrafında çoxsaylı parklar, bağlar və çimərliklər yerləşir. Avstraliya ordusunun hərbi bazası (o cümlədən sülhməramlı əməliyyatlar həyata keçirən əsgər kontingenti) Darvin rayonundadır. Ya­xınlığında qızıl, boksit, manqan filizi hasi­latı var. Timor dənizinin şelfində neft və qaz çıxarılır. Dənizdən şərq­də Kakadu Milli Par­kı yerləşir.

Görməli yerlər

Bu şəhərdə qısa müddət ərzində çoxlu təəssüratlar əldə etmək, dünyanın başqa ölkəsində çox çətin tapılan vəhşi təbiəti ilə tanış olmaq olar. Kakadu parkında (Ümumdünya UNESCO irsinə daxildir) nadir təbiət landşaftında vəhşi heyvanların, floranın, materikin quş təmsilçisinin gözəl kolleksiyası cəmlənib, parkda Şimal Sahəsinin (“Territory Wildlife Park”) vəhşi heyvanları, Avstraliyanın faunasının digər nümayəndələri ilə yanaşı əfsanəvi, nəhəng Avstraliya balığı barramandi ilə də tanış olmaq olar. Darvinin ətrafında gözəl Liçfild parkları, Katerin dərələri yerləşir.

 Avstraliya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
  1. Australian Statistical Geography Standard 2021. Australian Bureau of Statistics, 2021.
  2. https://www.abs.gov.au/census/find-census-data/quickstats/2021/UCL703001.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Darvin (şəhər) haqqında məlumat. Darvin (şəhər) nədir? Darvin (şəhər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Azərbaycan konstitusiyası

  • Fevral 27, 2026

    Magnolia obovata

  • Mart 01, 2026

    Səbinə Babayeva

  • Fevral 27, 2026

    İtaliya bayrağı

  • Fevral 27, 2026

    Akif Kərimov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst