Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsmayılov Radik Arzuman oğlu (9 oktyabr 1979, Nərimanlı, Vardenis rayonu) — Azərbaycan jurnalisti, "ARB 24" telekanalının icraçı direktoru (2020), Sosiologiya ü

Radik İsmayılov

  • Ana Səhifə
  • Vikipediya
  • Radik İsmayılov

İsmayılov Radik Arzuman oğlu (9 oktyabr 1979, Nərimanlı, Vardenis rayonu) — Azərbaycan jurnalisti, "ARB 24" telekanalının icraçı direktoru (2020), Sosiologiya üzrə fəlsəfə doktoru.

Radik İsmayılov
Radik Arzuman oğlu İsmayılov
Doğum tarixi 9 oktyabr 1979 (46 yaş)
Doğum yeri Nərimanlı, Basarkeçər rayonu, Ermənistan SSR
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Arzuman İsmayılov
Elmi dərəcəsi
  • sosiologiya üzrə fəlsəfə doktoru[d]
İş yerləri
  • ARB,
  • ARB 24
Təhsili
  • Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi
Elmi rəhbəri Rövşən Mustafayev
Mükafatları "Tərəqqi" medalı

Həyatı

Radik İsmayılov 9 oktyabr 1979-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Orta təhsilə 1986-cı ildə Bakı şəhəri Nizami rayonundakı 12 saylı məktəbdə başlamış, valideynlərinin yaşayış yerini dəyişməsi səbəbindən təhsilini Suraxanı rayonundakı 278 saylı orta məktəbdə davam etdirmiş və 1996-cı ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 1996–2000-ci illərdə bakalavr pilləsində təhsil almış, 2001-ci ildə magistratura pilləsinə daxil olmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir.

2004–2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əyani aspirantura şöbəsində təhsilini davam etdirmiş, "Qloballaşma prosesində Azərbaycanın inkişafının bəzi sosioloji aspektləri" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək Sosiologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

"Ekstremal jurnalistika (praktik vəsait)" kitabının həmmüəlliflərindən biri, jurnalistikaya dair 2, qloballaşmaya dair 8 elmi məqalənin müəllifidir.

Lider televiziyası Xəbərlər xidmətinin baş redaktorunun 1-ci müavini olmuş, 2016-cı ildən CBC telekanalının redaktoru, ARB 24-də baş redaktor vəzifəsində çalışmışdır.

2020-ci ildə "ARB 24" telekanalının icraçı direktoru təyin olunmuşdur.

22 iyul 2020-ci ildə "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Elmi əsərləri

  • Hərbi konfliktlərin işıqlandırılması // Mətbuat tariximizin iftixar səhifəsi: "Şərqi-Rus"-100 (elmi praktik konfransın materialları. Bakı, 2003
  • Savaş jurnalistləri "ordusuna" peşəkar əsgərlər gərəkdir // Mətbuat tariximizin iftixar səhifəsi: "Şərqi-Rus"-100 (elmi praktik konfransın materialları. Bakı, 2003
  • Ekstremal jurnalistika (praktik vəsait) / Bakı, 2003 (həmmüəllif)
  • Azərbaycanda milli özünəməxsusluqlar siyasi-mənəvi qloballaşma çağında // AMEA aspirantlarının elmi konfransının materialları. II hissə. Bakı: "Elm", 2006.
  • Qloballaşma: sosial dəyişikliklər və informasiya texnologiyaları // Dirçəliş – XXI əsr. № 104–105 / 2006.
  • Transsərhəd televiziya qloballaşmanın mexanizmi kimi // Dirçəliş – XXI əsr. № 112–113 / 2007.
  • Transmilli terrorizm qloballaşma dövründə Azərbaycanın inkişafına əsas təhdid kimi // Sosial-siyasi problemlər. № 1 (18) / 2008.
  • Müasir şəraitdə Azərbaycanda sosial mühitin inkişafının əsas xüsusiyyətləri və meylləri // Sosial-siyasi problemlər. № 2–3 (19–20) / 2008.
  • Millətlərüstü strukturların Azərbaycanda demokratik təfəkkürün formalaşmasına təsiri // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. № 4 / 2008
  • Социо-культурные проблемы азербайджанского общества в условиях глобализации // Ұлт тағылымы. Казахстан. № 3 / 2009
  • Социокультурные проблемы азербайджанского общества в условиях глобализации // Вестник Челябинского государственного университета. Философия. Социология. Культурология. Выпуск 13. Челябинск. № 29 (167) / 2009
  • Социальные противоречия в современном азербайджанском обществе // Социально-гуманитарные знания. Москва. № 6 / 2009

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Radik İsmayılov haqqında məlumat. Radik İsmayılov nədir? Radik İsmayılov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rinqo Star

  • Fevral 27, 2026

    Vələs

  • Fevral 26, 2026

    E.ə. 930

  • Fevral 27, 2026

    Annapolis QÇES

  • Fevral 27, 2026

    Kütburun nərə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst