Sus — Azərbaycan Respublikasının Laçın rayonunun Zabux kənd inzibati ərazi dairəsində kənd.
| Sus | |
|---|---|
| |
| 39°37′48″ şm. e. 46°30′40″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Şərqi Zəngəzur iqtisadi rayonu |
| Rayon | Laçın rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Sus | |
Etimologiya
Oykonim "sulu yer" mənasındadır.
Tarixi
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Sus kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Sus Laçın rayonunun tərkibinə daxil edilmişdir.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci ildə İkinci Qarabağ müharibəsidən sonra imzalanan 10 noyabr atəşkəs razılaşması ilə Rusiya sülhməramlılarının nəzarəti altına düşmüşdür. 2022-ci il avqustun 26-da Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Coğrafiyası
Sus kəndi Həkəri çayının sağ və Zabux çayının sol sahilində, Qarabağ vulkanik yaylasında yerləşir.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq, bağçılıq və əkinçilik idi. Həkəri çayı boyunca yüzlərlə tut, alma, gilas ağacları var idi. Əvvəllər kənd sakinləri tütünçülük və baramaçılıqla da məşğul olurdular.
Əhalisi
1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi Azərbaycan dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sus (Laçın) haqqında məlumat. Sus (Laçın) nədir? Sus (Laçın) nə deməkdir?

