Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qiyas Böyükağa oğlu Sadıqov (27 mart 1960, Sabirabad) — Azərbaycan Xalq Partiyasının sabiq sədr əvəzi, Azərbaycan Respublikası Prezidentinin sabiq İşlər müdiri.

Qiyas Sadıqov

  • Ana Səhifə
  • Vikipediya
  • Qiyas Sadıqov

Qiyas Böyükağa oğlu Sadıqov (27 mart 1960, Sabirabad) — Azərbaycan Xalq Partiyasının sabiq sədr əvəzi, Azərbaycan Respublikası Prezidentinin sabiq İşlər müdiri.

Qiyas Sadıqov
Azərbaycan Xalq Partiyasının sədrinin birinci müavini
Vəzifədədir
25 dekabr 2022-ci ildən
    SədrPənah Hüseyn
    Azərbaycan Xalq Partiyasının sədr müavini
    7 oktyabr 2012 – 25 dekabr 2022
    SədrPənah Hüseyn
    Azərbaycan Xalq Partiyasının sədr əvəzi
    2003 – 7 oktyabr 2012
    ƏvvəlkiPənah Hüseyn
    SonrakıPənah Hüseyn
    Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri
    1993 – 26 iyun 1993
    PrezidentƏbülfəz Elçibəy
    ƏvvəlkiOqtay Şahbazov
    SonrakıAkif Muradverdiyev
    Şəxsi məlumatlar
    Doğum tarixi 27 mart 1960(1960-03-27) (65 yaş)
    Doğum yeri
    • Sabirabad, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Azərbaycan Xalq Cəbhəsi (1989),
    • Azərbaycan Xalq Partiyası[d] (1999)
    Fəaliyyəti siyasətçi

    Mündəricat

    Həyatı

    Qiyas Sadıqov 27 mart 1960-cı ildə Sabirabad şəhərində anadan olmuşdur. 1976-cı ildə M. Ə. Sabir adına Sabirabad şəhər orta məktəbini bitirmişdir. Qiyas Sadıqov ali təhsilini Azərbaycan Politexnik İnstitutunda almış, oradan 1976-cı ildə məzun olmuşdur. Daha sonra ordu sıralarında zabit olaraq fəaliyyət göstərib. 1985–1992-ci illərdə Sabirabad Mexaniki Təmir Zavodunda usta və Həmkərlar Təşkilatında sədr kimi fəaliyyət göstərmişdir.

    Ailəlidir, bir övladı var.

    Siyasi fəaliyyəti

    Qiyas Sadıqov siyasi fəaliyyətə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq başlamışdır. O, 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi Salyan Rayon Şöbəsinin təsisçilərindən biri olaraq Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü seçilmişdir.

    Qiyas Sadıqov 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini vəzifəsinə, 1993-cü ildə isə müdiri vəzifəsinə təyin olunmuşdur. O, 26 iyun 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 651 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir.

    Qiyas Sadıqov sabiq baş nazir Pənah Hüseyn ilə bərabər 4 aprel 1999-cu ildə Azərbaycan Xalq Partiyasını təsis etmişdir. Partiya 9 iyul 1999-cu ildə rəsmi dövlət qeydiyyatına alınmışdır.

    2003-cü il prezident seçkilərində Azərbaycan Xalq Partiyası Bizim Azərbaycan Blokunun prezidentliyə vahid namizədi İsa Qəmbəri dəstəkləmişdir. Lakin seçki nəticələri açıqlandıqdan sonra İsa Qəmbərin seçkiləri İlham Əliyevin ardından ikinci sırada tamamladığı məlum olmuş, nəticələr əleyhinə etiraz aksiyaları başlamışdır. Bunun nəticəsi olaraq bir neçə partiya sədri vəzifəsindən istefa vermişdir. Eləcə də, Azərbaycan Xalq Partiyası sədri Pənah Hüseyn 2003-cü ildə vəzifəsindən istefa vermiş, sədr əvəzi olaraq Qiyas Sadıqov fəaliyyətə başlamışdır. 7 oktyabr 2012-ci ildə Azərbaycan Xalq Partiyasının II Qurultayı keçirilmiş və qurultayda yenidən Pənah Hüseyn sədr seçilmiş və Qiyas Sadıqov sədrlikdən getmişdir.

    Qiyas Sadıqov 2007-ci ildən 2010-cu ilədək deputat Pənah Hüseynin köməkçisi vəzifəsində çalışmışdır.

    Azərbaycan Xalq Partiyasının 11 dekabr 2022-ci il tarixli V Qurultayında seçilmiş yeni İdarə Heyətinin 25 dekabr 2022-ci il tarixli iclasında aldığı qərara əsasən Qiyas Sadıqov Azərbaycan Xalq Partiyası sədrinin birinci müavini təyin olunmuşdur.

    Seçkilərdə

    Qiyas Sadıqov 2010-cu il parlament seçkilərində Azərbaycan Xalq Partiyası üzvü olaraq Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə deputatlığa namizəd göstərilmişdir. O, seçkilərdə 2015 (12.57%) səs toplayaraq Yeni Azərbaycan Partiyası namizədi Ceyhun Osmanlının ardından seçkiləri ikinci sırada tamamlamışdır.

    Qiyas Sadıqov 2020-ci il parlament seçkilərində Azərbaycan Xalq Partiyası üzvü olaraq öz təşəbbüsü ilə 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur. O, 2217 səs (10,08%) toplayaraq Yeni Azərbaycan Partiyasının deputatlığa vahid namizədi Kamal Cəfərovun ardınca seçkiləri ikinci sırada bitirmişdir.

    3 iyul 2024-cü ildə Azərbaycan Xalq Partiyası İdarə Heyətinin iclası keçirilmiş, iclasda 2024-cü il növbədənkənar parlament seçkilərində partiyanın 6 namizədi müəyyənləşmişdir. Belə ki, partiya sədri Pənah Hüseynin 68 saylı Sabirabad-Şirvan, sədr müavini Qiyas Sadıqovun isə 67-ci Sabirabad seçki dairəsindən namizəd olması qərara alınmışdır. Lakin, Sadıqovun namizədliyi qeydə alınmamışdır.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qiyas Sadıqov haqqında məlumat. Qiyas Sadıqov nədir? Qiyas Sadıqov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 01, 2026

      Françesko Hayez

    • Mart 01, 2026

      Eysebio

    • Fevral 27, 2026

      Neft platforması

    • Mart 01, 2026

      Daniel Karvaxal

    • Fevral 27, 2026

      Fotosfer

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst