Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsmayılov Dağbəyi Mirzəxan oğlu — tanınmış Azərbaycan jurnalisti, Azərbaycan Respublikasının əməkdar jurnalisti ,Azərbaycan Respublikası Prezidentinin fərdi təq

Dağbəyi İsmayılov

  • Ana Səhifə
  • Vikipediya
  • Dağbəyi İsmayılov

İsmayılov Dağbəyi Mirzəxan oğlu — tanınmış Azərbaycan jurnalisti, Azərbaycan Respublikasının əməkdar jurnalisti ,Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən). Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AzərTAc-ın İdarə Heyətinin sədr müavini.

Dağbəyi İsmayılov
Dağbəyi Mirzəxan oğlu İsmayılov
Doğum tarixi 1 avqust 1948 (77 yaş)
Doğum yeri Çərəli, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti jurnalist
Mükafatları

"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı"Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı

"Tərəqqi" medalı

Həyatı

Dağbəyi İsmayılov 1948-ci il avqustun 1-də Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1966-cı ildə Qubadlı qəsəbə orta məktəbini, 1968-ci ildə Naxçıvan Pedaqoji Məktəbini bitirib. 1968-1970-ci illərdə Çərəli kənd orta məktəbində müəllim işləyib. 1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib.

50 ildən artıqdır ki, mətbuatda çalışır. 1975-ci il avqustun 1-dən 2002-ci il noyabrın 15-dək "Bakı" və "Baku" qəzetləri redaksiyasında müxbir, şöbə müdiri və baş redaktorun müavini vəzifələrində işləyib. 2002-ci ildən Azərbaycan Dövlət Teleqraf agentliyində (AzərTac) buraxılış redaktoru, 2003-cü ildən AzərTAc-da baş redaktoru, 2005-ci ildən AzərTAc-da Baş direktorun müavini vəzifəsini icra edib.

2008-ci il fevralın 1-dən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə AzərTAc-ın Baş direktorunun müavini təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.

1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Dağbəyi İsmayılıov 1982-ci ildə həmin təşkilatın "Qızıl qələm" mükafatına layiq görülüb. "Heydər Əliyev və AzərTAc", "AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol" kitablarının, eləcə də Azərbaycan mətbuatının problemləri ilə bağlı məqalələrin müəllifi, çoxsaylı kitabların redaktorudur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral, 2010-cu il 21 iyul, 2020-ci il 22 iyul tarixli sərəncamlarına əsasən "Tərəqqi" medalı ilə təltif edilib, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Ailəlidir, 2 övladı 4 nəvəsi var, oğlu Elgün 1994-cü ildə Qarabağ müharibəsində şəhid olub. Aktyor Elnur İsmayılovun atasıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dağbəyi İsmayılov haqqında məlumat. Dağbəyi İsmayılov nədir? Dağbəyi İsmayılov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mənbəşünaslıq

  • Fevral 27, 2026

    Fəaliyyət sahəsi

  • Mart 01, 2026

    Məcdud Sənai

  • Fevral 15, 2026

    Qafqaz Albaniyası

  • Fevral 27, 2026

    Nersisyan məktəbi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst