Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Telekanal 2010-cu il iyunun 1-də "Türkel TV" adı ilə Tovuzda yaradılıb. İlk illərdə regional yayım həyata keçirən telekanal 2012-ci ildən xəbər formatına keçib

ARB 24

  • Ana Səhifə
  • Vikipediya
  • ARB 24

ARB 24 — Azərbaycanın ilk xəbər telekanalı.

ARB 24
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azərbaycan
Azerspace-1 peykinin əhatə dairəsi
Dil Azərbaycan dili
Baş qərargah Bakı, Azərbaycan
Yaranma tarixi 1 iyun 2010 (regional yayım)
27 noyabr 2018 (ümumrespublika yayımı)
Sahibi ARB Media Qrup
Rəhbərlik Radik İsmayılov
Keçmiş adları Simurq M TV
Türkel TV (1 iyun 2010–19 sentyabr 2016)
Şüar Vətən buradan başlayır! (2010–2015)
Sizin xəbər kanalınız! (2015–2017)
Birinci xəbər kanalı (2017–2018)
Vaxtımız dəyərlidir (2018–h.h.)
Qardaş kanallar ARB
Kəpəz TV
ARB Şimal
ARB Cənub
Kanal-S
EL TV
ARB Günəş
Kəpəz FM
Sayt arb24.az

Mündəricat

Tarixi

Telekanal 2010-cu il iyunun 1-də "Türkel TV" adı ilə Tovuzda yaradılıb. İlk illərdə regional yayım həyata keçirən telekanal 2012-ci ildən xəbər formatına keçib və 2015-ci il aprelin 10-dan "Azerspace-1" peyki vasitəsilə yayımlanıb.

Telekanal 2016-cı il sentyabrın 19-da rebrendinq edərək "ARB 24" adlandırılıb.

2017-ci il dekabrın 28-də "ARB 24" telekanalına Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müsabiqənin nəticəsində müddətsiz lisenziya verilib.

2018-ci il noyabrın 27-dən ixtisaslaşmış xəbər kanalı kimi "ARB 24" Bakıdan Full HD[rus.] formatlı ümumrespublika yayımına başlayıb.

Peyk parametrləri isə belədir: Azerspace 46, 11024 MHz, Vert., S/R 12700.

"ARB 24" telekanalı hər saatın tamamında olmaqla 24 saat ərzində aparıcılı və aparıcısız xəbər buraxılışları təqdim edir.

Bundan başqa, gündəlik "İşgüzar səhər", "İş vaxtı" və "Nə baş verir?" xəbər marafonları, eləcə də "Oyundankənar" idman layihəsi, həftəlik "Peşəkar mübahisə", "Həftəyə baxış", eləcə də "Gündəm" ictimai–siyasi verilişləri izləyicilərin ixtiyarına verilir. Həftədə 1 dəfə yayımlanan "Business Lady", "Kreativ sənaye", "Fokusda" və "Gələcəyin peşəsi" verilişləri də böyük maraqla izlənilir.

"ARB 24" telekanalı "Deutsche Welle" ilə əməkdaşlıq müqaviləsi çərçivəsində bu telekanalın "Tomorrow Today", "Global-3000", "In good shape", "REV" və "Reporter" verilişlərini yayımlayır. Eləcə də distribütor şirkətlərlə əməkdaşlıq nəticəsində "Bloomberg"in "The Rubenstein Show: Peer to peer" layihəsi və müxtəlif informativ sənədli filmlər təqdim olunur.

"ARB 24" həmçinin "Reuters", "Associated Press" və AA kimi dünyanın nüfuzlu xəbər agentlikləri ilə əməkdaşlıq edir.

"ARB 24" telekanalı "Vaxtımız dəyərlidir" şüarı ilə dəqiq, tərəfsiz və operativ informasiya çatdırılması missiyasını öz üzərinə götürüb.

Şəkillər

  • Türkel TV adıyla yayımlandığı müddətdə istifadə etdiyi loqo
    Türkel TV adıyla yayımlandığı müddətdə istifadə etdiyi loqo

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ARB 24 haqqında məlumat. ARB 24 nədir? ARB 24 nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Naximov medalı

  • Fevral 27, 2026

    Kübravilik

  • Fevral 27, 2026

    Hybe Corporation

  • Fevral 27, 2026

    Hayasa Azzi

  • Fevral 27, 2026

    Zavod

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst