Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sosial veb — insanları ümumdünya hörümçək toru vasitəsilə birləşdirən sosial əlaqələr toplusu. Sosial veb sosial əlaqəni dəstəkləmək və inkişaf etdirmək üçün ve

Sosial veb

Sosial veb — insanları ümumdünya hörümçək toru vasitəsilə birləşdirən sosial əlaqələr toplusu. Sosial veb sosial əlaqəni dəstəkləmək və inkişaf etdirmək üçün veb-saytlarınproqram təminatının necə tərtib və inkişaf etdirildiyini əhatə edir. Bu onlayn sosial əlaqə onlayn alış-veriş, təhsil, oyun və sosial şəbəkə xidmətləri də daxil olmaqla bir çox onlayn fəaliyyətin əsasını təşkil edir. Veb 2.0 kommunikasiyasının sosial aspekti oxşar zövqə malik insanlar arasında qarşılıqlı əlaqəni asanlaşdırmaq olmuşdur. Bu zövqlər hədəf auditoriyanın kim olduğuna və nə axtardığına görə dəyişir. İctimaiyyətlə əlaqələr şöbəsində çalışan şəxslər üçün fəaliyyət istiqaməti ardıcıl olaraq dəyişir və sosial şəbəkədən təsirlənir.

İnsanların İnternetdəki fəaliyyəti və ünsiyyəti artdıqca onların sosial əlaqələri haqqında məlumatlar daha da əlçatan olur. İndiki dövrdə yüz milyonlarla internet istifadəçisi dostları ilə əlaqə saxlamaq, yeni "dostlar" tapmaq və fotoşəkillər, videolar və bloqlar kimi istifadəçi tərəfindən yaradılmış məzmunu paylaşmaq üçün minlərlə sosial veb-saytdan istifadə edir. Onlar bunu hətta mobil telefonlar üçün mobil platforma dəstəyi vasitəsilə də edirlər. 2017-ci ilin ikinci rübündə "Facebook" 1,86 milyard üzvü olduğunu bildirmişdir. 2008-ci ildə "MySpace" 100 milyon istifadəçiyə ev sahibliyi etmişdir. "YouTube"da 100 milyondan çox video və 2.9 milyon istifadəçi kanalı var. Sosial veb, fərdləri tamamilə yeni həyat tərzi yaşamaq üçün birləşdirən sadə veb proqramlarından kənara çıxaraq özünü sürətlə yenidən kəşf edir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sosial veb haqqında məlumat. Sosial veb nədir? Sosial veb nə deməkdir?

Üst