Kobus maqnoliyası (lat. Magnolia kobus) — bitkilər aləminin maqnoliyaçiçəklilər dəstəsinin maqnoliyakimilər fəsiləsinin maqnoliya cinsinə aid bitki növü.
| Kobus maqnoliyası | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Kobus maqnoliyası | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Arealı
Vətəni Yaponiya və Koreyadır.
Botaniki xarakteristikası
Ən iri və soyuğadavamlı maqnoliya növlərindən biridir. Vətənində hündürlüyü 25-30 m-ə, mədəni şəraitdə hündürlüyü 10 m-ə çatan, yarpağı tökülən ağacdır. Təbii şəraitdə çayların ətrafında, bəzən bataqlıq sahələrdə digər yarpağı tökülən ağaclarla birgə bitir. Cavanlıqda çətiri ensiz-piramidal, sonra şarşəkilli olur. Çiçəkləri ağ rəngli, diametri 10 sm-ə qədər, xoş ətirlidir. Yazda yarpaqların açılmasına qədər çiçəkləyir. Tez böyüyür. Yarpaqları enli, yumurtaşəkilli, uzunluğu 10-12 sm, eni 4-6 sm, üst tərəfi parlaq yaşıl, alt tərəfi açıq yaşıl rənglidir. Saplaqların uzunluğu 2,5 sm-dir. Meyvələri qırmızı rəngli, uzunluğu 12 sm-ə qədər, qozaşəkillidir.
Ekologiyası
İşıqsevəndir, nəmişli, yaxşı drenajlı torpaq tələb edir. Çox soyuq illərdə çiçək tumurcuqları donur.
Azərbaycanda yayılması
Azərbaycanda park və bağlarda rast gəlinir.
İstifadəsi
Bu növ şəhərlərin yaşıllaşdırılması, parklarda, bağlarda əkilməsi üçün məsləhət görülür.
Sinonimləri
Homotipik sinonimləri
- Yulania kobus (DC.) Spach
Heterotipik sinonimləri
- Buergeria obovata Siebold & Zucc.
- Magnolia borealis (Sarg.) Kudô
- Magnolia kobus var. borealis Sarg.
- Magnolia kobus f. horisontalidivaricata V.V.Byalt & Firsov
- Magnolia kobushii Mayr
- Magnolia praecocossima Koidz.
- Magnolia pseudokobus S.Abe & Akasawa
- Magnolia thurberi G.Nicholson
- Michelia gracilis Kostel.
- Talauma obovata (Siebold & Zucc.) Benth. & Hook.f. ex Hance
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kobus maqnoliyası haqqında məlumat. Kobus maqnoliyası nədir? Kobus maqnoliyası nə deməkdir?
