Adi qladiolus (lat. Gladiolus communis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin qladiolus cinsinə aid bitki növü.
| Adi qladiolus | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Qladioluskimilər Cins: Növ: Adi qladiolus | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Botaniki xarakteristikası
Hündürlüyü 50-70 sm olan bitkidir. Soğanağı yumurtaşəkilli-dəyirmidir; pulcuqları kobud liflidir, yuxarı hissədə torludur. Gövdəsi kifayət qədər nazikdir. Yarpaqlar 2 ədəd, bəzən 3 ədəd olur, yaşıl rəngdədir, xətli-qılıncvaridir, eni 0,5-1,5 sm, 3 ədəd nəzərə çarpan damarı vardır. İyun ayında çiçəkləyir. Sünbüldə çiçəklərin sayı 2-3 ədəddir, həmişə birtərəfli düzülmüşdür. Çiçəkyanlığı fırfır-bənövşəyi, və ya tünd-fırfır bənövşəyi rəngdədir. Qutucuq oval-ellipsşəkillidir. Toxumları qanadlıdır. İyun-iyul aylarında meyvə verir.
Azərbaycanda yayılması
BQ (Quba), Naxçıvan, dağ., İsmayıllı rayonu, yuxarı və orta dağ qurşağında (2200 m. d.s.y.)
Yaşayış mühiti
Çəmənliklərdə rast gəlinir.
Sinonimləri
Heterotipik sinonimləri
- Gladiolus × byzantinus var. lutarius Maire
- Gladiolus collinus Salisb.
- Gladiolus communis var. carneus Ker Gawl.
- Gladiolus communis var. montserratii O.Bolòs & Vigo
- Gladiolus communis subsp. notarisii (Parl.) K.Richt.
- Gladiolus germanicus Jord.
- Gladiolus gussonei Lojac.
- Gladiolus illyricus subsp. reuteri (Boiss.) K.Richt.
- Gladiolus illyricus var. reuteri (Boiss.) Nyman
- Gladiolus lannesii Jord.
- Gladiolus notarisii Parl.
- Gladiolus reuteri Boiss.
- Gladiolus reuteri var. subuniflorus Rouy
- Gladiolus tineoi Lojac.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adi qladiolus haqqında məlumat. Adi qladiolus nədir? Adi qladiolus nə deməkdir?
