Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aleksandr Ottavio Mediçi (it. Alessandro di Ottaviano de' Medici) və ya sonradan XI Lev (it. Leone XI; 2 iyun 1535, Florensiya – 27 aprel 1605[…], Roma) — Mediç

XI Lev

  • Ana Səhifə
  • Vikipediya
  • XI Lev

Aleksandr Ottavio Mediçi (it. Alessandro di Ottaviano de' Medici) və ya sonradan XI Lev (it. Leone XI; 2 iyun 1535, Florensiya – 27 aprel 1605[…], Roma) — Mediçilər ailəsinə mənsub son Roma papası.

XI Leo
lat. Leo PP. XI
Roma Papası
1 aprel 1605 – 27 aprel 1605
Şəxsi məlumatlar
Doğum adı Alessandro di Ottaviano de' Medici
Doğum tarixi 2 iyun 1535(1535-06-02)
Doğum yeri
  • Florensiya, Florensiya hersoqluğu
Vəfat tarixi 27 aprel 1605(1605-04-27)[…] (69 yaşında)
Vəfat yeri
  • Roma, Papa dövləti
Dəfn yeri
  • Müqəddəs Pyotr kilsəsi
Fəaliyyəti diplomat, katolik keşişi[d]
Ailəsi Mediçilər
Dini Roma-Katolik kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Müqəddəs Pyotr bazilikasındakı məzar yeri

1535-ci ildə Florensiyada Mediçilər ailəsində dünyaya gəldi. Atası italyan siyasətçi Ottavio Mediçi, anası isə Lorenzo Mediçinin nəvəsi Françesa Salviatidir. 11 yaşında atası vəfat etdi və Aleksandr dominikan rahibi Vinçenzo Erkolanonun himayəsində təlim-tərbiyə edildi. Uşaqlığından din sahəsinə meyilli olsa da, anasına buna etiraz etdi və Toskana hersoqu olan xalası oğlu I Kozimonun sarayına göndərildi.

1560-cı ildə Romaya getdi və orada gələcəkdə müqəddəs elan edilən rahib Filip Neriylə tanış oldu. 1566-cı ildə anasının vəfat etməsiylə dini karyerasına başladı. 22 iyul 1567-ci ildə baş tutan mərasimlə keşiş elan edildi.

1569-cu ildə papa V Piy tərəfindən Florensiya səfiri təyin olundu və 1584-cü ilədə bu vəzifədə xidmət etdi. Əlavə olaraq, 1573-cü ildə papa XIII Qriqori tərəfindən yepiskopluğa yüksəldi. 1574-cü ildə Florensiya başyepiskopu seçildi. 1583-cü ildə papa V Sikst tərəfindən kardinal, 1596-cı ildə isə papa VIII Klement tərəfindən Fransa səfiri təyin olundu.

Papa VIII Klementin ölümündən 11 gün sonra - 14 mart 1605-ci ildə baş tutan və 62 kardinalın iştirak etdiyi konklavyedə iştirak etdi. Fransa kralı IV Henrinin açıq dəstəyilə 1 aprel günü seçimlərdə qalib gəldi və Roma papası seçildi. Böyük dayısı olan papa X Levin şərəfinə, XI Lev adını aldı. 10 apreldə tacqoyma mərasimi baş tutdu. Ancaq cəmi 27 gün sonra yaşlılıq və xəstəlik səbəbilə vəfat etdi.

Xarici keçid

  • Лев XI (Алессандро Оттавиано Медичи) на allvatican.ru 2013-12-20 at the Wayback Machine

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, XI Lev haqqında məlumat. XI Lev nədir? XI Lev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alan Türinq

  • Fevral 27, 2026

    907-ci düzəliş

  • Fevral 27, 2026

    Santa-Klaus

  • Fevral 27, 2026

    Zirə (bitki)

  • Fevral 27, 2026

    84 (ədəd)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst