Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kanal D — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış Türkiyənin özəl televiziya kanallarından biri. Hazırda "Dəmirörən Holdinq" şirkətinə məxsusdur.

Kanal D

  • Ana Səhifə
  • Vikipediya
  • Kanal D

Kanal D — 1993-cü ildə İstanbulda fəaliyyətə başlamış Türkiyənin özəl televiziya kanallarından biri. Hazırda "Dəmirörən Holdinq" şirkətinə məxsusdur.

Kanal D
Loqonun şəkli
Ölkə Türkiyə Türkiyə
Şimali Kipr Türk Respublikası ŞKTR
Yayım ərazisi Türksat 4A peykinin əhatə dairəsi
Dil Türk dili
Baş qərargah Doğan TV Center 34204, Bağçılar, İstanbul, Türkiyə
Yaranma tarixi 16 sentyabr 1993 (test yayımı)
19 dekabr 1993 (əsas yayım)
Sahibi Doğuş Yayın Qrupu
(1993-1994)
Doğan Holdinq
(1994-2018)
Dəmirörən Holdinq
(2018-h.h.)
Rəhbərlik Murat Sayqı
Keçmiş adları Kanal D (Kanal Doğuş) (1993-1994)
Şüar Doğru kanal, doğru seçim! (1993-1994)
Sizi Kanal D-də gözləyirik! (1994)
Bundan sonra "Kanal D"! (1995)
İlin kanalı - Kanal D! (1995-1996)
Türkiyə, Kanal D-ni izləyir. (1996-2001)
Kanal D - Yeni əsrin gənc kanalı! (2001-2002)
Hər kəs buradadır; sən haradasan? (2002-2004)
Türkiyənin kanalı (2004-2015)
D-li kimi sevmək ruhumuzda var! (2015-h.h.)
Qardaş kanallar Radio D (1994-h.h.)
Euro D (1996-h.h.)
CNN TürkHD (1999-h.h.)
CNN Türk Radio (2001-h.h.)
Dream TV (2003-h.h.)
Dream Türk (2003-h.h.)
Slow Türk (2005-h.h.)
T.A.Y. TV (2006-h.h.)
Kanal D (Rumıniya) (2007-h.h.)
D-SmartHD (2007-h.h.)
Cartoon Network (Türkiyə) (2008-h.h.)
Teve2HD (2012-h.h.)
Sayt kanald.com.tr

Mündəricat

Tarixçə

"Kanal D" Ayxan Şəhənk — Aydın Doğan ortaqlığı ilə təsis edilmişdir. O dövrdə Türkiyədə Interstar, Show TV, Flash TV, HBB, Kanal 6, Samanyolu TV, TGRT və ATV olmaqla 9 özəl-ümumrespublika telekanalı var idi. 10-cu ümumrespublika telekanalı olan "Kanal D" 1993-cü il sentyabrın 16-da test yayımına başlamış, 1993-cü il dekabrın 19-da isə əsas yayıma keçmişdir. Kanalın səhmləri 1994-cü ildə Aydın Doğana verilmişdi. Həmin il kanalın loqotipi də dəyişdi.

2004-cü ildə rəqəmsal yayıma keçmişdir. Baş qərargahı Almaniyada olan Euro D, kanalın, Türkiyə xaricindəki ilk şöbəsidir. Kanalın ikinci şöbəsi isə Rumıniyada yerləşir. Kanal D həmçinin Türkiyədə HD yayıma keçən ilk milli televiziya kanalı olmuşdur. 5 sentyabr 2005-ci ildən 15 yanvar 2013-cü ilə qədər telekanlın əsas xəbər buraxılışını və "32-ci gün" verilişini məşhur jurnalist Məmməd Əli Birand təqdim etmişdir. 1 iyul 2013-cü ildə 16:9 formatlı yayıma keçmişdir.

Kanal D HD

Kanal D-nin HD kanalı 1 oktyabr 2006-cı ildə "DHD TV" adıyla yayıma başlamışdır. Türkiyənin ilk HD kanalıdır. Bir müddət sonra yayımı dayandırılmışdır. Lakin 1 sentyabr 2008-ci il tarixindən etibarən təkrar yayımlanmağa başladı. 18 sentyabr 2014-cü ildə isə ödənişsiz yayıma keçmişdir.

Azərbaycanda

Telekanal 2000-ci illərin əvvəlində Bakıda da yayımlanmağa başlamışdı. Lakin 3 yanvar 2006-cı ildə Milli Televiziya və Radio Şurasının qərarı ilə Bakı yayımı dayandırılmışdır. Kanalın Azərbaycanda da kifayət qədər tamaşaçı kütləsi var idi. Daha sonra isə 5 iyun 2015-ci ildə "CNN Türk" və "Samanyolu Haber" kanalları ilə birlikdə Azərbaycanda yayımı qadağan olunmuşdur. Buna səbəb olaraq həmin kanalların anti-Azərbaycan təbliğatı göstərilmişdir. Lakin həmin il Hürriyət qəzetində dərc olunan məqalələrdən bu təbliğatın anti-Azərbaycan olmadığı görülmüşdür.

Günümüzdə yayımladığı serialları

  • 2024:- Uzak Şehir (Bazar Ertəsi 21:00)
  • 2025:- Eşref Rüya (Çərşənbə 21:00)
  • 2006:- Arka Sokaklar (Cümə 21:00)
  • 2025:- Güller ve Günahlar (Şənbə 21:00)
  • 2024:- İnci Taneleri (Sezon arası)

Loqolar

  • 16 sentyabr, 1993-cü ildən 17 oktyabr 1994-cü ilə kimi istifadə edilən nişanə
    16 sentyabr, 1993-cü ildən 17 oktyabr 1994-cü ilə kimi istifadə edilən nişanə
  • 17 oktyabr, 1994-cü ildən 21 aprel, 2011-ci ilə kimi istifadə edilən nişanə
    17 oktyabr, 1994-cü ildən 21 aprel, 2011-ci ilə kimi istifadə edilən nişanə
  • 21 aprel, 2011-ci il tarixindən bu günə kimi istifadə edilən nişanə
    21 aprel, 2011-ci il tarixindən bu günə kimi istifadə edilən nişanə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kanal D haqqında məlumat. Kanal D nədir? Kanal D nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hippokrat

  • Fevral 25, 2026

    Edip kompleksi

  • Fevral 27, 2026

    Barlaslar

  • Fevral 28, 2026

    Mum

  • Mart 02, 2026

    Diyarbakır ili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst