Boeing 787 Dreamliner - "Boeing" şirkəti tərəfindən dizayn edilmiş orta uzunluqlu, geniş gövdəli və iki reaktiv mühərrikə malik təyyarə modeli. Bu model 1995-ci ildə istehsalına başlanan "Boeing-777 Freighter" modelindən sonra "Boeing" şirkəti tərəfindən istehsalına başlanacaq ilk tamamilə yeni təyyarə modelidir.
| "Boeing 787 Dreamliner" | |
|---|---|
| |
| Tipi | Sərnişin |
| Hazırlayan | Boeing |
| İstehsalçı | |
| Dizayner | "Boeing" |
| İlk uçuş | 15 dekabr 2009 |
| İstismara verilmə tarixi | 26 oktyabr 2011 |
| İstismarçılar | "All Nippon Airways" |
| Buraxılış sayı | 7 – sertifikatlaşdırma üçün istifadə olunur, sertifikatlaşma bitdikdən sonra sifarişçilərə 23 ədəd veriləcək |
| Vahidinin qiyməti | 787-3: $150,0–155,5 mln 787-8: $161,0–171,5 mln 787-9: $194,0–205,5 mln |


Təyyarənin ilk uçuşu əvvəlcə 2007-ci ilin avqust ayında planlaşdırılsa da, onun ilk uçuşu yalnız 15 dekabr 2009-cu ildə baş tutmuşdur. Lakin buna baxmayaraq, "Boeing-787" 55 ölkədən 861 sifarişlə dünyada ən çox satılan geniş füzelyajlı təyyarədir. "Boeing" şirkəti bir neçə təxirəsalmadan sonra, ilk "Boeing-787"-ni 2010-cu ilin fevral ayında istismara verməyi planlaşdırır.
Hal-hazırda Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin donanmasında 2 ədəd "Boeing 787-8" təyyarəsi var və bu təyyarə ilə ilk uçuş Naxçıvan Beynəlxalq Hava Limanına olmuşdur.
Xüsusiyyətləri
| Modellər | 787-3 | 787-8 | 787-9 |
|---|---|---|---|
| Pilot sayı | 2 nəfər | ||
| Sərnişin sayı | 290–330 | 210–250 | 250–290 |
| Uzunluğu | 56,6 m | 62,8 m | |
| Qanad qolay; | 51,8 m | 60,0 m | 63,4 m |
| Hündürlüyü | 16,92 m | ||
| Füzelyajın uzunluğu | 5,91 m | ||
| Füzelyajın eni | 5,75 m | ||
| Kabinanın eni | 5,49 m | ||
| Yük bölməsinin həcmi | 124,6 m³ | 152,9 m³ | |
| Boş təyyarənin çəkisi | 101 151 kq | 109 769 kq | 115 212 kq |
| Maksimal qalxmaçəkisi | 165 108 kq | 219 539 kq | 244 940 kq |
| Kreyser sürəti | 0,85 MAX - 903 km/s (12 200 m yüksəklikdə) | ||
| Maksimal kreyser sürəti | 0,89 MAX - 945 km/s (12 200 m yüksəklikdə) | ||
| Uçuş məsafəsi | 4 650 – 5 650 km | 14 200 – 15 200 km | 14 800 – 15 750 km |
| Maksimal yanacaq həcmi | 41 965 l | 126 917 l | 138 898 l |
| Uçuş yüksəkliyi | 13100 m | ||
| Mühərrik (2×) | "General Electric GEnx" və ya "Rolls-Royce Trent 1000" | ||
Bənzər təyyarələr
- Boeing 767
- Airbus A330
- Airbus A350
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Boinq 787 haqqında məlumat. Boinq 787 nədir? Boinq 787 nə deməkdir?