Aşıq Qurbani (az.-əski. آشیق قربانی) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı.
| Aşıq Qurbani | |
|---|---|
| az.-əski. آشیق قربانی | |
![]() Dirili Qurbaninin müasir təsviri. | |
| Ümumi məlumatlar | |
| Ləqəbi | Dirili Qurbani |
| Doğum tarixi | 1477 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1550 (72–73 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Milliyyəti | Azərbaycanlı |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | şair, musiqiçi, aşıq |
| Musiqi aləti | saz |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Həyatı
Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır. Bu dastan "Qurbani və Pəri" adlı aşıq hekayəsinin əsasına çevrilir.
Kitablar
- Qurbani. (tərtib edəni Q. Kazımov). Bakı: Bakı Universiteti, 1990, 280 s.
Həmçinin bax
- Dirili Qurbani Məclisi
Ədəbiyyat
- Qurbani. Əsərləri. Tərtib edəni, ön söz və izahların müəllifi: Q. Kazımov. Bakı: "Şərq-Qərb" Nəşriyyat evi, 2006, 232 s. ISBN 9789952340792
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qurbani haqqında məlumat. Qurbani nədir? Qurbani nə deməkdir?
