Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Diana Hacıyeva (13 iyun 1989, Mariupol, Donetsk vilayəti) — Azərbaycanlı müğənni və bəstəkar, Bəri bax kollektivinin solisti. O, eyni zamanda musiqiçi dostları

Diana Hacıyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Diana Hacıyeva

Diana Hacıyeva (13 iyun 1989, Mariupol, Donetsk vilayəti) — Azərbaycanlı müğənni və bəstəkar, Bəri bax kollektivinin solisti. O, eyni zamanda musiqiçi dostları ilə birlikdə təşkil etdiyi Dihaj qrupunun solistidir. Diana "Skeletons" mahnısı ilə Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Diana Hacıyeva
Dihaj 2017 Avroviziya Mahnı Müsabiqəsinin açılış mərasimində
Dihaj 2017 Avroviziya Mahnı Müsabiqəsinin açılış mərasimində
Ümumi məlumatlar
Ləqəbi Dihaj
Doğum tarixi 13 iyun 1989(1989-06-13) (36 yaş)
Doğum yeri
  • Mariupol, Donetsk vilayəti, Ukrayna SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-bəstəkar, dirijor, bəstəkar, müğənni
Fəaliyyət illəri 2006-cı ildən
Janrlar indi-pop, pop musiqisi, elektronik musiqi, caz
Musiqi alətləri piano
Təhsili
  • Bakı Musiqi Akademiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Musiqi karyerası

Başlanğıc

Diana Hacıyeva 13 iyun 1989-cu ildə Ukraynanın Mariupol şəhərində anadan olmuşdur. Uşaqlıqdan musiqi ilə məşğul olan Diana fortepiano dərsləri almış və caz musiqisi ilə maraqlanmışdır. O eyni zamanda Bəri bax musiqi kollektivində fəaliyyət göstərir. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirmiş və bundan sonra Bakı Musiqi Akademiyasına daxil olaraq, "Xor dirijorluğu" peşəsinə yiyələnmişdir. Bu illər ərzində caz ilə peşəkar şəkildə məşğul olmağa başlamışdır. Diana hal-hazırda Bakı Caz Mərkəzində çalışır.

2009-cu ildə Diana Əli Nəsirov ilə ailə həyatı qurmuşdur. Cütlüyün Savi adlı qız övladı var. Daha sonra Diana həyat yoldaşının da üzvü olduğu Dihaj adlı musiqi qrupu yaratmışdır. Qrup əsasən indi pop, elektronika və eksperimental janrında musiqilər ifa edir. Diana bir müddət İngiltərənin paytaxtı Londonda yaşamış və orada Müasir Musiqi Performansları İnstitutunda təhsil almışdır.

2011 Avroviziya Mahnı Müsabiqəsi

2010-cu ildə Diana Hacıyeva 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərdə iştirak etmişdir. Təsnifatı keçən Diana 77 iştirakçının yer aldığı yarımfinallarda 6-cı yarimfinalda yer almışdır. 20–24 dekabr arasında çıxış edən Diana Hacıyeva sonda 7 xal toplayaraq, qrupda 4-cü yeri tutmuşdur. Onun 23 dekabr tarixli çıxışı zamanı səhnəyə gözlənilmədən Azərbaycanın 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən ifaçı Elnur Hüseynov çıxmış və seçmə mərhələsində Diananı dəstəklədiyini bildirmişdir. 2011-ci ildə Diana Hacıyevanın "Find Yourself" adlı debüt klipi çəkilmişdir.

2017 Avroviziya Mahnı Müsabiqəsi

Dihaj Avroviziya səhnəsində

5 dekabr 2016-cı ildə İctimai Televiziya Diana Hacıyevanın Azərbaycanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. Diananın Avroviziya səhnəsində ifa etməli olduğu mahnı "Skeletons" 2017-ci ilin mart ayında dinləyicilərə təqdim edilmişdir. Mahnının musiqisi Azərbaycanlı bəstəkar İsa Məlikov, sözləri isə İsveç bəstəkarı Sandra Byurmana aiddir.

Diana Hacıyeva uzun məşqlərdən sonra 9 may tarixində baş tutan yarımfinal mərhələsində 8-ci nömrə altında çıxış etmişdir. Nəticədə 150 xalla 8-ci yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Diana 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 120 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.

Müsabiqədən sonra iyul ayında Diananın The End of Sunrise adlı debüt albomu işıq üzü görmüşdür.

2022 Baku Summer Jazz Days

İyulun 7-də Heydər Əliyev Mərkəzinin parkında festival çərçivəsində Diana Hacıyeva və Jazz Trio çıxış etdilər.

İfa etdiyi mahnılar

  • "Find Yourself"
  • "Romeo" ft Elnur Hüseynov (2010)
  • "Gəl sevgilim" (2010)
  • "You are in my mind" (2010)
  • "I Break Again" (2014)
  • "Gecələr keçir" (2015)
  • "Complain" (2016)
  • "Eşqini aşagı sal" (2016)
  • "Skeletons" (2017)
  • "The End of Sunrise" (2017)
  • "Rainbow" (2017)
  • "Hisslər Okeanı" ft PRoMete (2020)

Həmçinin bax

  • 2011 Avroviziya Mahnı Müsabiqəsi
  • Bəri bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Diana Hacıyeva haqqında məlumat. Diana Hacıyeva nədir? Diana Hacıyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rixard Kruspe

  • Fevral 27, 2026

    Əcəmi Naxçıvani

  • Fevral 27, 2026

    Küveytdə təhsil

  • Fevral 27, 2026

    Əbdülqadir İnan

  • Fevral 27, 2026

    İmola

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst