Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Boz siçovul (lat. Rattus norvegicus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli gəmirici növüdür.

Boz siçovul

  • Ana Səhifə
  • Vikipediya
  • Boz siçovul

Boz siçovul (lat. Rattus norvegicus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli gəmirici növüdür.

Boz siçovul
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Boz siçovul
Beynəlxalq elmi adı
  • Rattus norvegicus Berkenh., 1769
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  180363
NCBI  10116
EOL  328448
FW  

Mündəricat

Xarici görünüşü

Kütləsi 500 q-a, bədəninin uzunluğu 250, quyruğu 120 mm-ə (həmişə bədənindən gödəkdir) çatır. Sifəti küt və enli, qulaq seyvanı (22 mm) irəli əyilmiş, gözlərinə çatmır. Quyruğu seyrək tüklərlə örtülmüşdür. Pəncəsi nisbətən uzundur (47 mm). Bədəninin üst tərəfınin xəzinin əsas rəngi boz-qonur, kürənimtil və ya oxra çalarlıdır (noxudu və ya qaramtıl çalarlı, yaxud tamamilə qara fərdlərə də rast gəlinir). Alt tərəfı adətən boz, bəzən ağımtıl, melanistlərdə isə qaradır.

Yayılması

Qütb ölkələrindən və səhralardan başqa hər yerdə yayılmışdır. Azərbaycanda nominativ formasına rast gəlinir. Təbii yaşayış yerləri başlıca olaraq yarımsəhra və aran meşələridir. İnsanın təsərrüfat tikililərində hər yerdə yaşayır.

Yarımnövləri

Hazırda Rattus norvegicus növünün daxilində 2 xət ayırd edilir:

  • Şərqi Asiya (Rattus norvegicus caraco),
  • Hind (Rattus norvegicus norvegicus).

Həyat tərzi

Siçovul rütubətli yaşayış yerləri bağlıdır. Öz sığınacaqlarını müxtəlif şəraitlərdə, hətta daimi mənfı temperaturlu (-10°) əlverişsiz yerlərdə də qurur. Yaşayış yerlərində zirzəmilərə, anbarların rütubətli sahələrinə, mal-qara tövlələrinə üstünlük verir. Təbii şəraitdə çay və göl sahillərində, plantasiyalarda, bataqlaşmış yerlərdə məskunlaşır. Adətən sadə yuvalar qazır. Yaz daşqınları zamanı çayların aşağı axarında koğuşlarda yaşayır və ya ağaclarda budaqlardan yuva qurur.

Çoxalması və yaşama müddəti

İlin böyük hissəsini, daha intensiv şəkildə isə yaz-yay dövründə çoxalır. Yaşlı dişi 3 nəslə qədər — hər nəsildə 7 bala verir. 3–4 aylığında cinsi yetkinliyə çatır. Siçovulların vurduğu ziyan çox böyükdür. Təbiətdə 3 ilə qədər yaşayır, lakin bala fərdlər arasında ölüm faizinin yüksək olmasına, həmçinin yırtıcılara və hannibalizmə görə fərdlərin 95 % nadir hallarda 1,5 yaşa qədər yaşaya bilir. Təbii biotoplarda və aqrosenozlarda bir çox yırtıcı məməlilərin və quşların, o cümlədən boz qarğanın, yaşayış yerlərində isə pişiklərin və itlərin şikarıdır. Laboratoriyada yaxşı saxlama şəraitində boz siçovul 2–3 ilə qədər yaşayır.

Qidalanması

Boz siçovul hərşeyyeyəndir. Kənd yerlərində və şəhər ətraflarında, əsasən tullantılar, hətta ifrazatla qidalanır. Təbiətdə heyvani yemlərdən daha çox istifadə edir. Onların arasında birinci yerdə balıq, onurğasızlardan isə molyusklar durur. Tarlalarda quru otla da qidalanır.

Sayı və insan üçün əhəmiyyəti

Boz siçovul — çiçəklənmə mərhələsində olan növdür. Vəhşi gəmiricilər adətən yüksək sıxlığa çatmırlar, lakin antropogen mühitdə yaşayan populyasiyalar daha əlverişli şəraitdə yaşayırlar. Hesab edilir ki, yer kürəsində yaşayan siçovulların sayı, insanların sayından iki dəfə çoxdur. iri şəhərlərdə isə onların sayı insanların sayına bərabərdir. Beləki, 2003-cü ildə İngiltərədə boz siçovulun populyasiyasında fərdlərin sayı 60 milyon fərdə çatmışdır. İnsanın və ev heyvanlarının müxtəlif qida məhsullarını yeməkdən və korlamaqdan əlavə o, yeməli olmayan əşyaları (parça, xəz və s.) da korlayır. Taun, tulyaremiya, gənə səpmə yatalaq qızdırmasının bir neço forması, leptospiroz xəstəlikləri və s. törədiciləririn təbii daşıyıcısı kimi böyük epidemioloji əhəmiyyəti vardır.

Ədəbiyyat

  • Azərbaycan faunası. X cild. Məməlilər. Bakı, Elm nəşriyyatı, 1978
  • Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı, Elm nəşriyyatı, 2004.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Boz siçovul haqqında məlumat. Boz siçovul nədir? Boz siçovul nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vasili Smıslov

  • Fevral 27, 2026

    Pavel Tretyakov

  • Mart 01, 2026

    Kəhnuc şəhristanı

  • Fevral 24, 2026

    Tanzaniya bayrağı

  • Fevral 27, 2026

    Encyclopædia Britannica

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst