Afrofransızlar (fr. Afro-Français), qaradərili fransızlar, fransız qaradərililər və ya qara fransızlar (fr. Noirs de France) — Fransa əhalisinin qaradərili, yəni əslən Böyük Səhradan cənubdakı Afrikadan və Madaqaskardan olan qismi üçün istifadə edilən termin. Buraya həmçinin, qarışıq afrikalı və fransız mənşəyi olan insanlar da daxildir.
Əhali statistikası
Fransa dövlətində əhalinin siyahıyaalınmasında etnik mənsubiyyət və irq haqqında məlumat toplanılması qeyri-qanuni olsa da, afrofransızlar haqqında müxtəlif statistik təxminlər mövcuddur. 2008-ci ildə "The New York Times" qəzetində çıxan bir məqalədə təxminlərin 3 milyon ilə 5 milyon arasında dəyişdiyi bildirilmişdir. Fransada hər beş qaradərili insandan dördünün Afrika mənşəli, azlıq qisminin isə əsasən Karib dənizi ölkələrindən olduğu güman edilir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Afrofransızlar haqqında məlumat. Afrofransızlar nədir? Afrofransızlar nə deməkdir?