Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rza İsa oğlu Quliyev (20 aprel 1914, Ağdam, Şuşa qəzası – 4 iyun 1977, Bakı) — İctimai xadim, görkəmli jurnalist və publisist.

Rza Quliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Rza Quliyev

Rza İsa oğlu Quliyev (20 aprel 1914, Ağdam, Şuşa qəzası – 4 iyun 1977, Bakı) — İctimai xadim, görkəmli jurnalist və publisist.

Rza Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 20 aprel 1914(1914-04-20)
Doğum yeri
  • Ağdam, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 4 iyun 1977(1977-06-04) (63 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti jurnalist

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Mündəricat

Həyatı

Bakıda adına olan küçə.

Rza Quliyev 1914-cü il aprel ayının 20-də Ağdam rayonunda anadan olmuşdur. İbtidai təhsilini Ağdamda almış R.İ.Quliyev biliyə böyük həvəs göstərərək, təhsilini Qazax Müəllimlər Seminariyasında davam etdirmiş, daha sonra isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filoloji fakültəsinin jurnalistika şöbəsini bitirmişdir.

Azərbaycan SSR Ali Sovetinə (3, 6 və 7-ci çağırışlar) deputat seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə Komissiyasının Sədr müavini olmuşdur. Dəfələrlə Azərbaycan Kommunist Partiyasının və Bakı Şəhər Komitəsinin Təftiş Komissiyasının üzvü seçilmişdir. O, həm də Sovet Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr İttifaqı Şurasının, Sovet Sülhü Müdafiə Komitəsinin və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur.

R.İ.Quliyev 1977-ci il iyun ayının 4-də Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunub.

Çoxsaylı broşura və məqalələri M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında saxlanılır. Bakı şəhərində adına küçə var.

Əmək fəaliyyəti

  • 1931–1932 (Ağdam ş.)
Azərbaycan SSR Xalq Maarifi Komissarlığı Ağdam rayonu 3 №-li məktəbin müdiri.
  • 1932–1934
"Lenin Yolu" ("Путь Ленина") rayon qəzetinin məsul redaktorunun müavini.
  • 1935–1938 (Bakı ş.)
"Gənc işçi" ("Молодой рабочий") qəzetinin mədəniyyət şöbəsinin müdiri.
  • 1937–1939 (Bakı ş.)
"Kommunist Maarifi" ("Коммунистическое просвещение") qəzetinin məsul katibi.
  • 1939–1940 (Bakı ş.)
"Kommunist" qəzetinin məsul katibi.
  • 1940–1941 (Bakı ş.)
"Kommunist" qəzeti redaktorunun müavini.
  • 1941–1944 (Bakı ş.)
"Kommunist" qəzetinin məsul redaktoru.
  • 1944–1946 (İran, Təbriz ş.)
"Vətən Yolunda" ordu qəzetinin redaktoru.
  • 1946–1948 (Bakı ş.)
Azərbaycan SSR Nazirlər Soveti yanında Azərbaycan Teleqraf Agentliyinin məsul rəhbəri.
  • 1948–1949 (Bakı ş.)
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və təşviqat şöbəsinin müdiri.
  • 1949–1953 (Bakı ş.)
"Kommunist" qəzetinin (Azərbaycan dilində) məsul redaktoru. Eyni zamanda həmin illərdə Azərbaycan KP MK-nin nəznində olan "Təşviqatçının dəftərçəsi" jurnalının redaktoru, bir neçə il "Ədəbiyyat" qəzetinin Azərbaycan SSR üzrə xüsusi müxbiri olmuşdur.
  • 1948–1975 (Bakı ş.)
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət Heyətinin sədri.

Broşuraları

  • "Proletar beynəlmilləlçiliyi bayrağı altında", 1957
  • "Azərbaycan və Alban xalqlarının dostluğu əbədi və sarsılmazdır", 1958
  • "Dostluq telləri", 1958
  • "Qəzet işinin bəzi məsələləri", 1959
  • "Azərbaycan sovet şeirində sülh mövzusu", 1961
  • "Bizim dostluq əlaqələrimiz", 1961
  • "Bolqarıstan təsərrüfatı", 1962
  • "Salam, böyük qardaş", 1964
  • "Sülh və dostluq naminə", 1966
  • "Dostluq, mahnı, məhəbbət", 1967
  • "Şanlı səhifələr", 1969
  • "Xarici ölkə dostlarının gözü ilə", 1971
  • "Azərbaycan elçiləri", 1972
  • "Azərbaycan Vurğununun gözü ilə", 1974

Mükafatları

  • İki dəfə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatı
  • Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 dəfə Fəxri Fərmanı

Ordenləri

  • "Qırmızı əmək bayrağı" ordeni
  • İki "Şərəf nişanı" ordeni

Medalları

  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı
  • "Qafqazın müdafiəsinə görə" medalı
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
  • "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
  • Bolqarıstan, Çexoslovakiya və Macarıstanın "Xalq Hakimiyyətinin 25 illiyi" medalları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rza Quliyev haqqında məlumat. Rza Quliyev nədir? Rza Quliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Neoproterozoy

  • Fevral 27, 2026

    Dəbilqə

  • Fevral 27, 2026

    Mirəsədulla Mirqasımov

  • Fevral 27, 2026

    Şokolad

  • Mart 01, 2026

    Həcv

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst