Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rauf Süleyman Mirzəyev 1944-cü ildə Bakıda, görkəmli teatrşünas Həsənağa Mirzəyev və Azərbaycan səhnəsinin ən səmimi ana obrazlarının ifaçısı, Azərbaycan SSR əm

Rauf Süleyman

  • Ana Səhifə
  • Vikipediya
  • Rauf Süleyman

Mirzəyev Rauf Süleyman Həsən oglu (1944, Bakı) — rejissor.

Rauf Süleyman
Rauf Süleyman Həsən oğlu Mirzəyev
Doğum tarixi 1944 (81–82 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Həsənağa Mirzəyev
Anası Ətayə Əliyeva
Fəaliyyəti rejissor
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İstiqamət televiziya

Həyatı

Rauf Süleyman Mirzəyev 1944-cü ildə Bakıda, görkəmli teatrşünas Həsənağa Mirzəyev və Azərbaycan səhnəsinin ən səmimi ana obrazlarının ifaçısı, Azərbaycan SSR əməkdar artisti Ətayə Əliyevanın ailəsində dünyaya göz açıb.

Hələ kiçik yaşlarından teatr mühiti ilə əhatə olunduğundan sənət dünyasına hədsiz bir maraqla böyüyən Rauf Süleyman, orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub.

Təhsil almaqla yanaşı, 1968-ci ildən Azərbaycan Televiziyasında mikrofon operatoru kimi işə başlayıb və beləcə, bütün ömrünü televiziyaya bağlayıb.

Bütün rejissor kateqoriyalı dərəcələri keçib və 1997-ci ildə ali dərəcəli rejissor kimi fəaliyyətini davam etdirib.

Bu dövrdə Rauf Süleyman Mirzəyev Azərbaycan televiziyasının müxtəlif redaksiyalarında – "Ədəbi-dram verilişləri" baş redaksiyası, "Gənclik" redaksiyasında rejissor, ali dərəcəli rejissor kimi çalışmaqla - "İdrak", "Zəriflik", "Evrika", "Tələbə dünyası", "Dünyaya sevinc gərək", "Yeddi sual, yeddi cavab", "Ev sizin, sirr bizim", "Qurama" folklor toplusu, "İlham pərisi" kimi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan verilişlər hazırlayıb.

Sırada "Xoşbəxt adam", "Ömür ağacı", "Dostun evi könüllərdir", "Ədalət naminə", "Tariximiz", "Bəxtiyar Vahabzadə", dörd hissəli "Türk Dünyası – Qitədən-Qitəyə" televiziya filmlərini bir rejissor kimi yüksək sənətkarlıqla araya-ərsəyə gətirib.

Bununla yanaşı, onun zəhmətinin bəhrəsi olan "Səslər muzeyi", "Ömrün axarı" kimi silsilə proqramlar efirin yaraşığı olub.

Rauf Süleyman Mirzəyev, Azərbaycan Televiziyasında ən uzun ömürlü proqramlardan biri olan, həftəlik "Turan" verilişinin rejissorudur.

  • Rejissor Ramiz Həsənoğlunun qardaşıdır.

Filmoqrafiya

  1. Bəxtiyar Vahabzadə (film, 2003)
  2. Dostun evi könüllərdir (veriliş, 2007)
  3. Xoşbəxt adam (film, 1999)
  4. Ömür ağacı (film, 2002)
  5. Türk dünyası qitədən qitəyə (film, 2002)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rauf Süleyman haqqında məlumat. Rauf Süleyman nədir? Rauf Süleyman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    S:Müəllif:Hafiz Şirazi

  • Fevral 27, 2026

    Aşide sülaləsi

  • Fevral 27, 2026

    Səngəçal bələdiyyəsi

  • Mart 01, 2026

    Əl-Üqsür

  • Fevral 26, 2026

    Kot-d’İvuar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst