Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yusif İsmayıl oğlu Hüseynov (15 oktyabr 1928, Bakı – 1 sentyabr 2009, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri (1977–1987), Azərbaycan

Yusif Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Yusif Hüseynov

Yusif İsmayıl oğlu Hüseynov (15 oktyabr 1928, Bakı – 1 sentyabr 2009, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri (1977–1987), Azərbaycan SSR xalq rəssamı (1979).

Yusif Hüseynov
Doğum tarixi 15 oktyabr 1928(1928-10-15)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1 sentyabr 2009(2009-09-01) (80 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Fəaliyyəti rəssam

Həyatı

Yusif İsmayıl oğlu Hüseynov 1928-ci il oktyabr ayının 15-də Bakıda anadan olmuşdur. O, 1949-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1955-ci ildə Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunun Qrafika fakültəsini bitirmişdir.

Ömrünün 60 ilini təsviri sənətin inkişafına və təbliğinə həsr etmiş Yusif Hüseynov rəssamlığın müxtəlif janrlarında mövzu baxımından çoxsaylı maraqlı lövhələr yaratmışdır.

Onun ardıcıl və müntəzəm şəkildə irihəcmli akvarel silsilələrinə qüvvətli meyil etdiyini görmək mümkündür. Azərbaycanın təbiətinə həsr olunmuş "Xınalıq" akvarellər silsiləsindən "Yağışdan sonra" lövhəsi bu baxımdan maraqlıdır. Yusif Hüseynovun çəkdiyi tablo, plakat və akvarel silsilələri müasir Azərbaycan təsviri sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox sərgi salonlarında, rəsm qalereyalarında və muzeylərində uğurla nümayiş olunaraq milli mədəniyyətimizi layiqincə təmsil etmişdir.

Yaradıcılığında lakoniklik və monumentallıq, zərif kolorit və lirikaya olan meyillər rəssamın yaratdığı portretlərdə də öz əksini tapmışdır.

Onun kitab qrafikası sahəsində xidmətləri xüsusilə əlamətdar olmuşdur. Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərlərinə çəkdiyi illüstrasiyalar ölkəmizdə kitab mədəniyyətinin təşəkkül tapmasına öz təsirini göstərmişdir. "Göyərçin" uşaq bədii jurnalının baş rəssamı kimi o, poliqrafiya sənətinin inkişafına da dəyərli töhfələr vermişdir.

Yusif Hüseynov respublika rəssamları arasında böyük nüfuza malik olan Yusif Hüseynov 1977-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmiş, 1987-ci ilə qədər ittifaqa rəhbərlik etmişdir.

Elə həmin ildə o, SSRİ Rəssamlar İttifaqının İdarə Heyətinin katibi təyin olunmuşdur. Azərbaycan rəssamlıq məktəbinin inkişafında özünəməxsus yeri olan Yusif Hüseynov sənətkarlıqla pedaqoji fəaliyyəti uğurla əlaqələndirən rəssamlardan biri idi. Ömrünün 40 ildən artıq dövrünü ali məktəblə bağlayan Yusif Hüseynov uzun müddət Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) Rəsm kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2000-ci ildən isə o, Azərbaycan Rəssamlıq Akademiyasının professoru kimi öz zəngin təcrübə və bacarığını gənc rəssamlar nəslinin yetişdirilməsinə sərf etmişdir.

1992-ci il ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalıdakı soyqırım hadisələrindən təsirlənərək "Материнство: Analıq" adlı rəsm əsərini yaratmışdır.

Rəssam Yusif Hüseynov 2009-cu il sentyabr ayının 1-də vəfat etmişdir.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 29 iyun 1964
  • "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 23 fevral 1979
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yusif Hüseynov haqqında məlumat. Yusif Hüseynov nədir? Yusif Hüseynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Qvatemala bayrağı

  • Fevral 24, 2026

    Prinston

  • Fevral 28, 2026

    Miçiko

  • Fevral 27, 2026

    Alfred Binet

  • Mart 01, 2026

    F-35

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst