Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uzlar və ya Quzlar — İlk dəfə Konstantin Boqryanorodnının əsərində Şərqi Avropada, Xəzər sahillərində, Volqa boyunda yaşayan qədim türk tayfaları.

Uzlar

  • Ana Səhifə
  • Vikipediya
  • Uzlar

Uzlar və ya Quzlar — İlk dəfə Konstantin Boqryanorodnının əsərində Şərqi Avropada, Xəzər sahillərində, Volqa boyunda yaşayan qədim türk tayfaları.

Uzlar və ya Quzlar
Yaşadığı ərazilər
Şərqi Avropa, Xəzər sahili, Volqa boyu və s.
Dili

Türk dili

Daxildir
Türk xalqları qrupu
Mənşəyi
Türk
Qohum xalqlar

Oğuzlar, peçeneqlər, qıpçaqlar

Mündəricat

Adının mənşəyi

Bəzi tədqiqatçılara görə uz etnonimi əslində oğuz etnoniminin yunanca yazılış formasıdır. XI–XII əsrlərə aid rus salnamələrində uzlar tork (rus dilində "ü" səsi olmadığına görə o, "o" səsi ilə verilmişdir) şərq mənbələrində isə quz adlanırlar.

Tarixi

Mənbələrdən aydın olur ki, uzlar Volqa boyunda dövlət qurumuna malik idilər. Lakin qurumun qurucuları barədə məlumat yoxdur.

XI əsrdə şimaldan ruslarla birlikdə şərqdən uzlar Volqa boyunda yaşayan peçeneqləri qərbə tərəf sıxışdırmağa başladılar. Nəticədə Bizans ərazisinə gələn peçeneqlərin bir hissəsi Turak adlı elbəyin rəhbərliyi ilə Bizansla müharibələr aparsalar da sonradan Bizans dövlətinə tabe olaraq indiki Bolqarıstan və Makedoniya və Kiçik Asiya : Mərmərə, Qərbi Qara dəniz, Orta Qara dəniz, İç Anadolu, Trakya ərazilərinə yerləşdirildilər.

Uzların ruslarla ilk münasibətləri 1036-cı ildə peçeneqləri məğlub etdikdən sonra başlasa da, bəzi rus mənbələrinə görə bu ittifaqın kökü hələ 985-ci ilə söykənir. Rus knyazı Vladimir 985-ci ildə İdil Bulqarları üzərinə yürüş edərkən onun dəstəsində uz əsgərləri də varidi.

Uzun müddət Qıpçaq tayfaları tərəfindən təqiblərə məruz qalan uzlar Dunay boyu hərəkət edirdilər. 1064–1065-ci illərdə onlar Dunay çayını keçdikdən sonra bir çox qola bölünərək Balkanlarda geniş istila hərəkatına başladılar. İlk əvvəl Trakya, Makedoniya və Selanik bölgələrini ələ keçirən uzlar uzun müddət bu əraziləri yağmaladılar. 1068-ci ildə Macarıstanda məğlub olduqdan sonra geri dönərək Kiyev knyazlığının cənub ərazilərini işğal etdilər. Lakin uzun çəkən qış, yoluxucu xəstəliklər onsuz da dağınıq halda olan Uz tayfalarını qüvvətdən saldı və nəticə də peçeneq və yerli əhalinin hücumlarına tab gətirə bilməyən uzlar xeyli zəiflədilər. İqtidardan düşərək əhəmiyyətini itirən uzlar Bizans tərəfindən Kiçik Asiya və Balkanların müxtəlif hissələrinə yerləşdirildi. Daha sonra mənbələrdə onlara Malazgird döyüşündə Səlcuqlu qoşunlarının tərkibində rast gəlirik.

Mənbələrdə Qara Qalpaq adı ilə tanınan türk tayfaları əslində kiçik peçeneq və uz qruplarından ibarət idi. Rus knyazları onları ucqar əyalətlərə köçürərək sərhədlərin müdafiəsini onlara tapşırmışdı. Beləliklə köçəri həyatdan oturaq həyata keçən uzlar zaman keçdikcə ruslara qarışaraq assimilə olundular.

Həmçinin bax

  • Oğuzlar
  • Berendeylər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uzlar haqqında məlumat. Uzlar nədir? Uzlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rozalin Karter

  • Mart 01, 2026

    Qırmızı qarağat

  • Fevral 27, 2026

    Tityos

  • Fevral 27, 2026

    Mutudərə

  • Fevral 27, 2026

    Bəhruzə xanım

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst