Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sarıqamış hərəkatı — Rus İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya müharibəsi dövründə 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sa

Sarıqamış döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Sarıqamış döyüşü

Sarıqamış hərəkatı — Rus İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya müharibəsi dövründə 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş vermiş döyüşdür. Döyüş Osmanlı dövlətinin böyük hərbi səhvi nəticəsində Rusiya çarlığının qələbəsi ilə nəticələnmişdir.

Sarıqamış döyüşü
Birinci Dünya müharibəsi
Tarix 1914-cü il 4 dekabr - 1915-ci il 18 yanvar
Yeri Sarıqamış
Nəticəsi Osmanlı İmperiyası məğlub oldu
Ərazi dəyişikliyi Qafqaz cəbhəsi
Münaqişə tərəfləri

Osmanlı İmperiyası

Rus İmperiyası

Komandan(lar)

Ənvər Paşa
Hafiz Haqqı Paşa

General Vorontsov
Nikolay Yudeniç

Tərəflərin qüvvəsi

80.000

160.000

İtkilər

33.000 döyüş meydanında ölmüş
10.000 xəstəxanada ölmüş
10.000 yaralanmış
7.000 nəfər əsir düşmüşdür

16.000 nəfər ölmüş
12.000 nəfər yaralanmışdır

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Məqsəd

    1914-cü ilin noyabr ayında Azap və Köprüköyə hücum edən rus qoşunlarını məğlub edən III Ordunun komandanı Həsən İzzət paşa, rus ordusunu təqib etmək yerinə öz ordusunu 15 km geriyə çəkmişdi.

    O dövrdə Osmanlı ordusunun əsas məqsədi rus ordusunu məğlub edərək Bakı neftinə çatmaq və Alman imperiyasının sənaye ehtiyacını qarşılamaq idi. Bundan əlavə 1877-1878-ci il müharibəsindəki torpaq itkilərini (Batum, Qars, Ərdahan, Sarıqamış və Artvin) geri qaytarmaq üçün 1914-cü ildə Osmanlı dövlətinin baş komandan vəkili və Hərbi nazir Ənvər Paşa, Sarıqamış hərəkatının planını öz qərərgah zabitlərinə təqdim etdi. Həm Osmanlı, həm də alman zabitləri bu planı qəbul etmişdir.

    Qüvvələr

    Şərqi qorumaqla vəzifələndirilən ordu III Ordu idi. Bu planı isə III Ordunun IX, X və XI Ordu korpusları və II Süvari tüməni tətbiq etməli idi. III Ordunun qərərgahı və IX Ordu korpusu Ərzurum qalasında, XI Ordu korpusu Elazığ qalasında bə X Ordu korpusu Sivasda yerləşmişdi.

    III Ordu

    • IX Ordu korpusu - Əhməd Fevzi paşa
    • X Ordu korpusu - polkovnik Hafiz Haqqı paşa
    • XI Ordu korpusu - Əbdül Kərim paşa

    II Süvari tüməni

    III Ordunun ümumi gücünün 125.000 nəfər olduğu deyilsə də, bu saya döyüşçü olmayan nəqliyyat birlikləri, anbar alayı, hərbi polis də daxil idi. Osmanlı imperiyasının döyüşən heyətinin 75.000 nəfər olduğu düşünülür. Bu hərbi heyətə 72 pulemyot vı 218 ədəd top dəstək verməkdə idi. Rus ordusunun sayı Osmanlı ordusunun sayından az olsa da, aöır silah, topşu və təminat baxımından mütləq üstünlüyə sahib idi. Rus qoşununa 4 ədəd erməni könüllü taborlarından 2-si d də daxil idi. Digər iki tabor isə İran cəbhəsində vuruşmaqda idi.

    Tarix

    Sarıqamışda ordu qış geyimində
    İsmayıl Ənvər
    Nikolay Yudeniç

    Döyüşdən sonra

    Sarıqamışdakı rus ordu generalı Pietroviç xatirələrində bu mənzərədən dəhşətə gəldiyini yazırdı. Tədqiqatçılar yazır ki, rus generalının son illər üzə çıxarılan məktub və xatirələri tük ürpədir, ürək göynədir. Pietroviç Moskvaya göndərdiyi teleqramda yazıb: "Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular". Sarıqamışı azad edəcək ordu komandanı Hafiz Hakkı paşa da Ənvər paşaya göndərdiyi teleqramda yazırdı: "Bitti, paşam, ordumuzun küllisi mahvoldu".

    Nəticə

    Tarixin Sarıqamış uğursuzluğundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə ermənilərin hücumuna məruz qaldı. 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə erməni terrorçu dəstələri tərəfindən işğal edildi. Ruslara arxalanan ermənilər kürd-müsəlman kəndlərinə hücum edərək əhalini qılıncdan keçirdilər.

    Sarıqamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, buranı kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə budur ki, Anadolunun şərqində Ermənistan dövləti yaratdılar. Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza gətirərək o vaxt "cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi.

    Həmçinin bax

    • Göyçay döyüşü

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sarıqamış döyüşü haqqında məlumat. Sarıqamış döyüşü nədir? Sarıqamış döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 25, 2026

      Məhərrəmkənd rayonu

    • Fevral 27, 2026

      Məktəb avtobusu

    • Fevral 27, 2026

      Şeyx Müfid

    • Fevral 27, 2026

      Əmələ

    • Fevral 28, 2026

      Yalançı nərgizgülü

    Trend Mahnılar
    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst