Pançasila (ind. Pancasila) — İndoneziya Respublikasının siyasi sisteminin ana xəttini təşkil edən fəlsəfə. Sanskrit dilində "beş prinsip" mənasını verən və İndoneziya Respublikasının dövlət ideologiyası sayılan "Pancasila"nın birinci prinsipi olan "Vahid Tanrıya inanc" ölkə həyatının bütün sahələrində dinin əhəmiyyətini göstərir. Bu prinsipə görə ateizm qəbul edilmir, Vahid Tanrıya inanc təbliğ edilir, bütün dinlərə ibadət zəmanət altına alınır və qeyd olunan faktlar Konstitusiyada öz əksini tapmışdır. Ədalətli və müasir cəmiyyət prinsipinə görə hər insanın Vahid Tanrının bir varlığı olduğuna görə şərəfli davranılmaq haqqı var.

Pançasila fəlsəfəsinin ideya əsasları
İndoneziyanın birliyi prinsipi milliyyətçilik anlayışı və vətən sevgisini vurğulayır, milli birlik və bütünlüyü təşviq edir. Bəhs olunan milliyyətçilik İndoneziyalıların etnik mənsubiyyət və dəri rənginə görə özlərini başqalarından üstün görməmələrini vacib sayır. İndoneziya dövlətinin rəsmi şüarı "Bhinneka Tunggal Ika" "müxtəlifliklərin birliyi" mənasını verir. Demokratiya prinsipi qərarların hikmət və müşavirə ilə verilməsini ifadə edir. İctimai ədalət prinsipi bütün cəmiyyət üçün dinamik və yenilikçi, eyni zamanda bərabər ictimai ədaləti və rifahı təmsil edir. Bu prinsipə görə ölkənin bütün təbii qaynaqları və potensialı xalqın firavanlığı və xoşbəxtliyi üçün istifadə edilməlidir. İctimai ədalət müdafiəyə ehtiyacı olanların qorunmasını təbliğ edir .
İndoneziya Konstitusiyası
Konstitusiya bütün konfessiyaların din azadlığını və bərabərliyini təmin edir. Dövlətin siyasətinin mühüm tərkib hissəsinə çevrilən "Pancasila" fəlsəfəsi çox mədəniyyətli ölkənin vahid milli kimliyə qovuşmasına, milli özünüdərkinə böyük töhfə vermişdir. Müasir dövrdə İndoneziyada məqsədyönlü siyasət formalaşmış, bütün dinlərin, etnosların bərabər və yanaşı yaşamasını təmin edən dövlətçilik fəlsəfəsi möhkəmlənmişdir. Qanunvericilikdə ölkəyə xas yanaşmalar da bu sistemə daxil edilmişdir. Bunlardan ən əhəmiyyətlisi geniş coğrafiyada çoxlu etnik və dini icmalara sahib ölkənin birliyinin təmin edilməsində zəmanət sayılan və ideoloji sistemin əsasında dayanan "Pancasila" prinsiplər toplusudur."Pancasila" İndoneziya xalqlarının plüralist və heterogen bir cəmiyyət meydana gətirmələrinə söykənir. Fərdi və ictimai maraqlarda, mərkəzi və yerli hökumətlər arasında münasibətlərdə mənəvi tarazlığa, ahəngə böyük əhəmiyyət verilir. Əhalinin əsasən müsəlmanlardan ibarət olmasına baxmayaraq, müxtəlif dinlərin, fərqli etnos və mədəniyyətlərin dinc, yanaşı yaşamaq prinsipinin hakim olduğunu söyləmək mümkündür. Pancasila"nın humanizm, demokratiya, sosial ədalət və xüsusilə Vahid Tanrıya inancla bağlı prinsipləri birlikdə nəticə olaraq bu beşliyi tamamlayan İndoneziyanın milli birliyi və müstəqilliyi prinsipinin təmin edilməsinə xidmət edir. Milli birlik müstəqil dövlətin varlığının qarantıdır. Bu amili nəzərə aldıqda, "Pancasila"nın siyasi rejim dəyişikliklərindən sonra və bu gün də İndoneziyanın rəsmi ideologiyası olaraq aktuallığını itirməməsi aydın olur.
Müasir dövrdə indoneziyanın siyasəti
Prinsiplər əsasında İndoneziya Respublikası, nə tam dünyəvi dövlət, nə də dini dövlət olaraq qəbul edilir. Əksəriyyət hər hansı bir üstün imtiyaza sahib olmadığı kimi, azlıq da cəmiyyətdə bütün qrupların yerinə yetirməsi lazım olan məsuliyyətlərdən azad deyil. Hər bir siyasi-ictimai qrup milli birlik və bütünlüyə zərər vermədiyi təqdirdə öz dini, mədəni, etnik, dil, irqi varlığını davam etdirmə haqqına malikdir. İndoneziyada ateizm qadağan edilmişdir, hər bir vətəndaşlıq sənədində hər hansı bir dinə bağlılıq göstərilir. Milli Pancasila fəlsəfəsi isə vahid Allaha inamı təbliğ edir, bütün dinlərə ibadəti zəmanət altına alır.
Pançasila beşliyi
" Fərqliliklərin Birliyi ’’ şəklində formullaşdırıla biləcək bu sistemdə fərqli dini-etnik ünsürlər İndoneziya mədəniyyətini zənginləşdirən faktordurlar. Pancasila fəlsəfəsi baxımından yanaşdıqda isə İndoneziya təcrübəsi dünyada özünəməxsus bir nümunədir. Bunu qloballaşan dünyanın birgə yaşayış modeli saymaq mümkündür.
Beş işarə və onların mənası
Təkallahlıq

- Ulduz — Tək tanrıçılık. Ketuhanan yang Maha Esa: Bu prinsiv İndoneziya xalqının bir tanrıya inandığını göstərir. Ayrıca İndoneziya xalqının öldükten sonrakı həyata olan inançlarını bildirir. Müqəddəs dəğərlərə bağlı olanların öldükdən sonra gözəl bir həyat sürəcəyini anladır. 1945-ci il Anayasasında bildirilir: "Dövlət tək bir tanrı inancı üzərində qurulmuşdur". Bu prinsip İndoneziya'nın milli simvolu olan Qarudada tek bir ulduz şəklində simvolizə edilmişdir.
Müasir cəmiyyət

- Zəncir — Adil və modern cəmiyyət. Kemanusiaan yang Adil dan Beradab: Bu prinsipe görə, her insan tanrının yaratdığı olduğuna görə, hörmətlə davranılmağı haqq edir. Bu prinsipə İndoneziya xalqının hər hansı bir insanın öz xalqı və ya başqa millətlər tərəfindən maddi və mənəvi zülmə uğramasına tolerantlıq göstərməyəcəyini göstərir. Sağ alttaki zəncir insanlığın nəsildən nəsilə keçən uğurları simvolizə edir.
Birlik ağacı

- Banyan ağacı — İndoneziyanın birliyi. Persatuan Indonesia: Bu prinsip milliyyətçilik konsepsiyasına və vətən sevgisinə əsaslanır. Milli birlik və bütünlüyü təşviq edir. Pancasila milliyyətçiliyi İndoneziyalıların etnik kimlik, soy və dəri rənginə görə, özlərini üstün saymamalarını göstərir. Sukarno 1 iyun 1945-ci ildə çıxışında Qandidən belə bir sitatı gətirmişdir: "Mən milliyyətçiyəm, amma mənim milliyyətçiliyim insanlıqdır. İndoneziya dövlətinin rəsmi şüarı "Bhinneka Tunggal Ika"- "çoxluqda təklik" mənasına gəlir. Bu banyan ağacı ilə simvolizə edilmişdir.
Demokratiya

- Bufalo (Kəl) başı — Demokratiya. Kerakyatan yang Dipimpin oleh Hikmat Kebijaksanaan dalam Permusyawaratan/Perwakilan: Pancasila demokratiyası kərarların hikmət və konsessusla verilməsini göstərir. Müzakirə çözümün olduğu yerdə səsverməyə gedilməsinə məsləhət etmir. Vəhşi bufalo başı bu prinsmpi temsil edir.
Sosial Ədalət

- Düyü və pambıq — Sosial ədalət. Keadilan Sosial bagi Seluruh Rakyat İndonesia: Bu prinsip bütün bir toplum üçün, durgun deyil, dinamik və yenilikçi və eyni zamanda bərabər sosial ədaləti və rifahı anladır. Bu prinsipə görə, ölkənin bütün təbii qaynakları və potansiyalı xalqın yaxşı həyatı və xoşbəxtliyi üçün istifadə olunmalıdır. Sosial ədalət zaifin qorunmasını təşviq edir. Bu prinsip düyü və pambıq simvolları ilə təmsil olunmuşdur.
Həmçinin bax
- İndoneziya
- Pancasila (politics)[ölü keçid]
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pançasila fəlsəfəsi haqqında məlumat. Pançasila fəlsəfəsi nədir? Pançasila fəlsəfəsi nə deməkdir?